ACIMAQ2f 1. Yazığı gəlmək, ürəyi yanmaq, rəhmi gəlmək; mərhəmətə gəlmək. Mən yazıq qızın vəziyyətinə həddindən artıq acıdım. M.S.Ordubadi. Səməd ustaya acıdı və səyini qiymətləndirərək maaşını .. artırdı. M.İbrahimov.
2. Təəssüf etmək, heyifsilənmək. İtirdiyim vaxta acıyıram. Səninlə görüşə bilmədiyimə acıyıram. - Bəzən Qədirin nitqinə ehtiyac qalmazdı. O dilxor olar, əməyinə acıyardı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|