ACIQLANMAQf 1. Acığı tutmaq, hirslənmək, hiddətlənmək, qızmaq. Hər şey üçün adam acıqlanmaz. Niyə belə acıqlanmısan?
Nəbi bərk acıqlanmışdı. Boz atın ağzını geri qaytarıb, naçalnikin qoşununa təpindi. “Qacaq Nəbi”. Nina mənim Sərdar Rəşidlə söhbətimi gördüyündən yenə də acıqlandı. M.S.Ordubadi. Tez-tez ayağı sürüşdüyündən isə [Qarakişi] daha da acıqlanırdı. Ə.Əbülhəsən. 2. Birinin üstünə qışqırmaq, məzəmmət etmək, danlamaq. Atası oğluna acıqlandı. Paylaşın - Hamı bilsin
|