
AEROSTAT[rus.] Balonun içində olan qazın qaldırıcı qüvvəsi sayəsində havaya qalxan havadan yüngül uçucu aparat; hava balonu. Noyabrın 28-də Parij şəhərində bir neçə elm sahibi aerostat, yəni şar ilə havaya qalxıblar ki, elm imtahanı etsinlər, amma aerostat cırıldığına 230 metr hündürlükdən yerə yıxılıblar və 8 adamdan 5-i bərk yaralanıb. “Əkinçi”.
Paylaşın - Hamı bilsin
|