AĞ1#1. sif. Qar, süd, tabaşir rəngli (qara əksi). Ağ saç. Ağ köpük. - Sona gülümsünüb, ağ əlləri ilə Bahadırın əlindən tutub çəkdi. N.Nərimanov.
sif. Təmiz, yazılmamış. Ağ kağız. Ağ dəftər. is. Gözün buynuz təbəqəsində əmələ gələn ağımtıl ləkə (xəstəlik). Gözünə ağ gəlmək. sif. və is. Gümüş, yaxud ağ metaldan kəsilmiş (pul). Ağpul. - Bir cibimdə əsginasım, bir cibimdə ağ manat; Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat. M.Ə.Sabir. sif. məc. tar. Sovet hökuməti əleyhinə mübarizə etmiş, əksinqilabçı, ağqvardiyaçı mənasında. Ağ qvardiya. Ağ zabit. Ağ qoşunlar. // İs. mənasında cəm şəklində: AGLAR - ağqvardiyaçılar, əksinqilabçılar. İs. mənasında cəm şəklində: AĞLAR - qaralardan fərqli olaraq, açıq rəngli damalar, ya şahmat fiqurları. İs. mənasında cəm şəklində: AĞLAR - ağ irqə mənsub olanlar, avropalılar. sif. məc. dan. İfrat, mübaliğəli, açıqdanaçığa mənasında. Ağ yalan. Ağ böhtan. [Əhməd:] Axırda bircə dəfə dedim ki, qardaş, bu ağ yalanı nə üçün deyirsən? Ə.Haqverdiyev. Yalandır! Ağ yalan! Qara bir hiylədir. R.Rza. □□ Ağ düşmək - ağ ləkələr düşmək, ağarmağa başlamaq, çallaşmağa başlamaq (saç, saqqal). Gündə yüz gəz düşə aşüftəlik əhval içinə; Qorxum oldur ki, sabah ağ düşə saqqal içinə. M.P.Vaqif. Ag eləmək - həddini aşmaq, ifrata varmaq. [Zaman:] Lap bir belə ağ eləmək olmaz ki! Ə.Haqverdiyev. [Heybət:] Canım, bu Xəlil daha lap ağ elədi ki... Bəlkə acığından eləyir?.. M.Hüseyn. Ag gecə(lər) - şimalda işıq gecələr. [İlyas] qələmi barmaqları arasında bərk sıxaraq, sərin şimal axşamının, başlanmaqda olan ağ gecənin alatoran işığında yazırdı. Mir Cəlal. Ağ gün məc. - xoşbəxtlik, səadət. Ağ gün ağardar, qara gün qaraldar. (Ata. sözü). Xalın qaradı, zülf qara, gözlərin qara; Bir ağ gün görərmi olan mübtəla sana? S.Ə.Şirvani. Ağ gün ağlamaq - xoşbəxtlik axtarmaq, səadət arzulamaq. [Fərhad:] Mənim xeyirxahlarım mənə gəlin gətiriblər, mənə ağ gün ağlayıblar. Ə.Haqverdiyev. Ata oğluna bir ağ gün ağlamaq istəyirdi. S.Rəhimov. Ağ günə çıxmaq - xoşbəxt olmaq, xoşbəxt həyat keçirmək, ehtiyacdan qurtarmaq. [Ağabəyim qızına:] Sən elə bilirsən, ərə gedən ağ günə çıxar?.. Çəmənzəminli. Ağ kömür - su-elektrik stansiyalarında elektrik enerjisinə çevrilən çay sularının hərəkət qüvvəsi. Ağa ağ, qaraya qara demək - düzünü demək, həqiqəti olduğu kimi demək. [Rüstəm:] O kişi ağa ağ, qaraya qara deyən idi. S.Rəhimov. Ağı qaradan seçməmək - yaxşını yamandan ayıra bilməmək. Mehri-rüxsarını dil mahisəmadan seçməz; Etibarı yox onun ağı qaradan seçməz. S.Ə.Şirvani. Ağına-bozuna baxmamaq - yaxşı-yamanma baxmamaq, ayırd etməmək, heç bir şeyi nəzərə almamaq, heç bir şeylə hesablaşmamaq; necə gəldi, ucdantutma. Budu xahişləri kim, baxmayıb ağı-bozuna; Eyləyim həcv tamam bəyü gədavü xani. Q.Zakir. Bu səbəbdən [Bülənd] dərhal ağına-bozuna baxmayaraq, .. nimdər üstündə oturub yastığa söykəndi. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|