
AĞ4[ər.]: ağ olmaq, üzünə ağ olmaq - itaət etməmək, söz qaytarmaq, tabe olmamaq. [Gülsənəm:] Atamı da, xanın üzünə ağ olduğuna görə üç gün bundan qabaq boğazından asdılar. Ə.Haqverdiyev. Tövbə... Ey mollanümalar, sizə ağ olmağıma; Çox təəssüf edirəm sizdən uzaq olmağıma. C.Cabbarlı. Böyüyə ağ olanın gözünə ağ düşər, - deyə Quliyev də atalar sözü ilə cavab verdi. Ə.Sadıq.
Paylaşın - Hamı bilsin
|