
AİDəd. [ər.] Nisbəti və əlaqəsi olan, təəllüqü olan, məxsus. İdarəyə aid işlər. Dilçiliyə aid terminlər. Məsələ bizə aid deyil. Şəkil 13-cü səhifəyə aiddir. - [Nadir bəy:] Məncə, gözəllik zövqə aid bir şeydir. Cavid.
□ Aid olmaq - nisbəti və əlaqəsi olmaq, məxsus olmaq, dəxli olmaq. Bu məktub Bəhramın öz qəlbinə və taleyinə aid idi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|