
APAÇIQsif. və zərf Tamamilə açıq, tamamilə aydın. Apaçıq məsələ. Bütün əlamətlər bu yerlərdə neft yataqları olduğunu apaçıq göstərir. - Həsən kişinin həyəti, ağalıq damın üstündən apaçıq görünür. Ə.Haqverdiyev. Mağara o qədər kiçik idi ki, ayı potası apaçıq görünürdü. A.Şaiq.
Paylaşın - Hamı bilsin
|