İzahlı lüğət

AR

is. [ər.] 1. Həya, abır, utanma; namus, qeyrət, izzəti-nəfs, mənlik. Bu adamda heç ar deyən şey yoxdur. - Görür əğyar ilə yarini, ölməz; İlahi, Seyyidə bir ar gəlsin.S.Ə.Şirvani.
Eyib, utanılacaq şey, nöqsan. Nə etmək, mən fəqirəm, yar sultan; Mənə yar olmasından arı vardır. Heyran xanım. Mən bu arı heç vaxt qeyrətimə sığışdıra bilmədiyim üçün, onun təklifini rədd etmədim. M.S.Ordubadi. Qafil yaşamaqdansa, gözəl kardır ölmək; Hərçənd ki, qəflətdə dəxi ardır ölmək. M.Ə.Sabir.
□ Ar bilmək - özü üçün əskiklik, eyib bilmək, izzətinəfsini gözləmək. Mən bu hərəkəti özümə ar bilirdim. - Könül, ol mahliqa söhbətimiz ar bilir; Ki, özün ülfəti-əğyarə səzavar bilir.S.Ə.Şirvani. Tahir qorxsa da, ustanın təklifindən boyun qaçırmağı özünə ar bildi. M.Hüseyn. Uşaq ufuldadısa da, üzündəki xoş ifadəni pozmağı özünə ar bildi. Mir Cəlal. Ar etmək - utanmaq, həya etmək, xəcalət çəkmək. Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar. (Ata. sözü). Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim; Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc. Füzuli. Ar olmaq - eyib olmaq. Bir də baxmaq mənə ar oldu sənə; Başqa bir cəzbəli yar oldu sənə. M.Ə.Sabir. Arı yemək - həyasızlaşmaq, abır-həyasını itirmək, arsızlaşmaq, heç şeydən utanmamaq. Arı yeyib namusu dalına alıb. (Ata. sözü). Arına gəlmək - b a x ar etmək. [Sadıqov] Qoy nə edir etsin. Ancaq camaat içində arıma gəlir. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed