İzahlı lüğət

ARABA

is. İki və ya dördtəkərli nəqliyyat vasitəsi. Minik arabası. Yük arabası. Əl arabası (əl ilə sürülən araba). Ikitəkərli araba.
Arabanı at aparmır, arpa aparır. (Məsəl). Arabanı mindik və yarım saata gəldik çıxdıq Naxçıvana. C.Məmmədquluzadə. Ikitəkərli araba qoşulub qapıya çəkilmişdi. M.Hüseyn.
□□ Araba ilə dovşan tutmaq - 1) bir şeyi tədbirlə, hiylə və üsul ilə əldə etməyə çalışmaq; baş tutmayacaq bir işə girişmək;
çox ləng işləmək, bir işi çox ağır, yavaş görmək. Buxar arabası köhn. - parovoz. Saat on iki tamamda buxar arabası acıqlı əjdaha kimi Balaxanı tərəfdən gözlərini ağardaraq, nərə vurmağa başladı. S.M.Qənizadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed