
ARAKƏSMƏis. Bir otağı, yeri, binanı iki yerə ayıran yüngül divar; aralığa çəkilən divar, taxta və s. Evin arakəsməsi taxtadandır. Arakəsməni suvarmaq.
// Üzərinə parça çəkilmiş çərçivələrdən ibarət bükülən pərdə; şirma. [Ağabala] Reyhanın otağındakı arakəsmə üstündən əyilər(di). Mir Cəlal. □□ Arakəsməyə salmaq - əhatə etmək, ətrafmı almaq, bürümək, dövrələmək. [Odabaşı:] Cəhənnəm əhli İblisi arakəsməyə salıblar. Ə.Haqverdiyev. Uşaq qaçır, Hümmət kişi əl götürmür. Dərə-təpəni aşır, hay salır, qabaqdan adamlar gəlir, arakəsməyə salıb tuturlar. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|