ARİFsif. [ər.] Bilən, qanan, başa düşən, anlaqlı, mərifətli. Arif adam. - Dünyada bir şey var ki, hər bir arif adam ondan gərək xəbərdar olsun. C.Məmmədquluzadə. Üstü unlu olan hər arif qoca; Öz ürək sözünü deyər doyunca. S.Vurğun.
// İs. mənasında. Harda olsa, dövləti-didarın olsun cilvəgər; Arifə məqsəd nə məscid, nə kəlisadır qərəz. S.Ə.Şirvani. Arif çalışır ki, millət azad olsun; Zahid çığırır ki, məscid abad olsun. M.Ə.Sabir. Ey ariflər, nəzər salın təbiətin qurğusuna! S.Vurğun. // Xəbərdar, yaxşı tanış, aşna, Vaqif. Yüzbaşı da ki, məsələsinə arifdi. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|