İzahlı lüğət

ARPA

is. 1. Adətən, yazlıq taxıl bitkisi. Arpa əkini. Ağ arpa. Arpa vələmirdən daha qidalıdır və daha yaxşı həzm olunur. - Arpanı sütül, buğdanı ötür. (Məsəl). Arpa verilməyən at qamçı gücünə yeriməz. (Ata. sözü).
2. Qızıldan, ya gümüşdən qayrılan, formaca arpa dəninə bənzəyən, lakin həcmcə ondan böyük olan zərgərlik məmulatı.
□□ Arpaya düşmək - həddən artıq arpa yeməkdən xəstələnmək (at haqqında). Arpası artıq (çox) düşmək məc. - qudurmaq, həddini aşmaq, harmlaşmaq. [Kürd Musa:] Ay Eldar! Doğrudan da bəylər ki var; Bir azca arpası çox düşən zaman; Yabı cinsi kimi şıllaq atırlar. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed