ASTAzərf Yavaş, yavaşca, aram ilə, üsullu, ağır. Asta qanad çalın, qafil telləri; Heyifdir, salarsız düzə, durnalar! M.P.Vaqif. Qaranlıq düşəndə qulağını çat; Asta get, nalının səsini alçalt! S.Vurğun.
asta-asta zərf Ağır-ağır, yavaş-yavaş, tədriclə, tələsmədən. Asta-asta yerimək. Asta-asta danışmaq. - Burada İsa asta-asta başını buladı. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|