ASTARis. 1. Paltarın və ya başqa bir şeyin iç tərəfinə tikilən və ya çəkilən parça. Yorğan astarı. Paltar astarı. İpək astar. Astar çəkmək.
Ümumiyyətlə, hər hansı bir şeyin iç, dal tərəfi; toxunma şeylərin tərs üzü. Xalçanın astar tərəfi cod olar. Divara, qapıya və s.-yə rəng çəkməzdən qabaq, altdan vurulan rəng və s. Astarın üstündən rəng yaxşı tutar. □□ Astarı çıxmaq - tamamilə köhnəlmək, dağılmaq, astarı görünmək. Astarı üzündən baha (başa gəlmək) - əslində ucuz olan bir şeyin çox baha başa gəlməsi, qoyulan xərci ödəməməsi haqqında deyilir. Paylaşın - Hamı bilsin
|