İzahlı lüğət

AT1

is. 1. Qoşulan və minilən ev heyvanı. Kəhər at nalı neylər?! Ağ buxaq xalı neylər.. (Bayatı). Ata minəndə özünü, atdan düşəndə atı unutma. (Ata. sözü). Uca atın üstündə oturub, kəndin alçaq divarlarından həyətin yarısını görürdüm. C.Məmmədquluzadə.
□ At çapmaq - at qovmaq, at sürməklə yarışmaq. [Heydər bəy:] Bu necə əsrdir, bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var. M.F.Axundzadə. [Sabir:] Bizim evin böyründəki düzdə çoxlu at çapırlar. S.Rəhimov. Cıdır atı - at yarışında iştirak etmək üçün saxlanılan at. Minik atı - ancaq minmək üçün saxlanılan at. Orta atı - arabada ortaya qoşulan at. Yan atı - arabada və s.-də həmişə yana qoşulan at. Yedək atı - ehtiyat üçün yanda aparılan at.
2. Uşaqların at kimi mindikləri ağac və s.
□□ At başı salmaq - münasibətsiz və yersiz müdaxilə etmək. At gücü tex. - mühərrikin qüvvəsini ölçmək üçün ölçü vahidi (saniyədə 75 kiloqram-metrə bərabərdir). At oynatmaq - 1) at minib hünər göstərmək, at minməkdə məharət, igidlik göstərmək; 2) məc. meydanı boş görmək, meydan oxumaq. At zavodu - cins at yetişdirən müəssisə. Meydana at salmaq - söhbət zamanı ortalığa, mətləbə dəxli olmayan söz salmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed