
ATAMANis. 1. tar. Rusiyada: kazak vilayətlərində və qədimdə kazak qoşunlarında hərbi inzibati vəzifələrin adı. Qoşun atamanı. Kazak atamanı.
Rusiyada vətəndaş müharibəsi dövründə: ağqvardiyaçı dəstələrinin başçısı (Ukraynada, Donda və s.-də). köhn. dan. Quldur və ya oğru dəstəsi başçısı. // məc. Dəstə, yaxud bir qrupun başçısı. Sən [Fərman] “atamanın” .. əleyhinə çıxmaqda çox yaxşı iş görmüşsən.. Ə.Sadıq. Paylaşın - Hamı bilsin
|