
ATBAZis. [at və fars. ...baz] Son dərəcə at sevən adam, at həvəskarı. [Berezovski:] Hərgah siz atbaz deyilsinizsə, ata həvəsiniz yoxdursa, o atı mənə satın. M.S.Ordubadi. Məlik Cümşüd də uşaqlığından yaman atbaz olduğundan, şirnikib getmişdi. (Nağıl).
Paylaşın - Hamı bilsin
|