ATƏŞBAZLIQis. 1. Yanar və partlayıcı maddələrdən bəzəkli, rəngbərəng işıqlar verən fışənglər və s. hazırlama işi; pirotexnika.
2. Əlvan və bəzəkli işıqlar verən fişənglərlə keçirilən şənlik. Məmmədhəsən mirzə də böyük bir atəşbazlıq düzəltmişdi. M.S.Ordubadi. Balaca uşaqlar təzə paltar geyərdilər və məşhur olan oyunlardan “koskosa” oynardılar, cahıllar isə atəşbazlıq edərdilər. H.Sarabski. O təpələrdə elə bil atəşbazlıq nümayiş etdirilirdi. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|