İzahlı lüğət

ATƏŞİN

sif. [fars.] Odlu, od kimi isti. Qan-yaş töküb yanında gəzər atəşin kəbab; Məşuqə bənzər atəşü aşiq kəbab ona. Füzuli.
// məc. Qızğın, hərarətli, ehtiraslı. Atəşin salam. - Natiq atəşin bir nitq söylədi. M.S.Ordubadi. Dinləyin yanğılı sədalərini; Eşidin atəşin nəvalərini. M.Ə.Sabir. Həsən bəy Zərdabi, dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri
idi. M.İbrahimov.
// Coşqun, dəliqanlı. Cünun səhrasının məcnunları vardır, vəli, Qövsi; Bu meydan bir sənintək atəşin cövlana layiqdir. Qövsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AL3

ARA

ATA

AY1

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed