BAB2is. [fars.] Tay, cur, bərabər. Məxmərin abı gərək; Yar yarın babı gərək. (Bayatı). ..Məndən əfzəldi qüvvədə qəssab; Qızını ver ona, odur sənə bab. S.Ə.Şirvani. Heç kəs bu toya bir söz deyə bilmədi, çünki hər iki cavan tamamilə bir-birinin babı idi. S.Rəhimov.
// Uyğun, münasib, müvafiq, yaraşan. Hər işini bab elə, görən desin, ha belə. (Ata. sözü). Paylaşın - Hamı bilsin
|