B (ID - 2508)Azərbaycan əlifbasının ikinci hərfi. bax be.
|
BA (ID - 2509)nida. 1. Heyrət və təəccüb bildirir, yaxud birdən bir şey yada düşdükdə deyilir. Ba! Sən hara, bura hara! Ba! Bu haradan çıxdı? - [Ağa Kərim:] Ba! Bir adam fikrimə düşdü, əgər razı ola. M.F.Axundzadə.
// Bəzən söylənilən... |
BAB1 (ID - 2510)is. [ər.] köhn. 1. Bir kitab mətninin bölündüyü hissələrindən hər biri (çox vaxt hər bab bir neçə fəslə bölünür). Gülüstanisəri-kuyin kitabın bab-bab, ey gül; Xəttireyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. Füzuli.
tənt.... |
BAB2 (ID - 2511)is. [fars.] Tay, cur, bərabər. Məxmərin abı gərək; Yar yarın babı gərək. (Bayatı). ..Məndən əfzəldi qüvvədə qəssab; Qızını ver ona, odur sənə bab. S.Ə.Şirvani. Heç kəs bu toya bir söz deyə bilmədi, çünki hər iki cavan...
|
BAB3 (ID - 2512)bax babi. [Seyidsədulla:] Siz bab və bəhailik aləmi barəsində uzun və uzadı mütaliə etməlisiniz. M.S.Ordubadi.
|
BABA (ID - 2513)is. 1. Atanın, ya ananın atası; nəvəsi olan kişi.
Bəzi yerlərdə ataya deyilir. Yaşlı və hörmətli kişi, yaxud yaşlı kişiyə hörmətlə müraciət. Durub cütçü baba öpdü alnımdan; Bildim ki, mehriban olurmuş insan. S.Vurğun. ... |
BABACAN (ID - 2514)is. Babaya, yaxud qoca kişiyə mehribanlıqla müraciət. Babacan, bir az oturub dincinizi alın.
// Ataya müraciət. Kişi ağlar gözilə qıldı fəğan; Söylədi oğlu: Ağlama, babacan! M.Ə.Sabir. |
BABADANQALMA (ID - 2515)sif. 1. İrs, miras. Babadanqalma ev.
2. məc. Çox köhnə, qədim, vaxtı keçmiş. Babadanqalma üsullarla işləmək olmaz. |
BABAL (ID - 2516)bax vəbal. Dərin bir dəryadır şair xəyalı; Götürdüm boynuma şəri, babalı. R.Rza.
|
BABALIQ (ID - 2517)is. 1. Ögey baba.
2. Babanın nəvələri üzərindəki haqqı. // Baba ilə nəvəsi arasındakı qan qohumluğu. |
BABASİL (ID - 2518)is. [ər.] tib. Düzbağırsağın aşağı hissəsindəki qan damarlarının şişməsi nəticəsində tez-tez qanayan düyünlərin əmələ gəlməsindən ibarət xəstəlik. Babasil, düzbağırsaq venalarında qan durğunluğundan irəli gəlir.
|
BABASİLLİ (ID - 2519)sif. Babasil xəstəliyi olan.
|
BABAT (ID - 2520)sif. və zərf Orta keyfiyyətli, miyanə, orta həddə yaxın, nə çox yaxşı, nə də çox pis. Babat şey. - [Cavad bəy:] Ruzgarım bir növ babat keçir, hacı. N.Vəzirov. [Pərinin] əlahiddə bir gözəlliyi də yox idi, amma beləcə babat...
|
BABATCA (ID - 2521)zərf bax babat.
|
BABATLAŞDIRILMA (ID - 2522)“Babatlaşdınlmaq”dan f.is.
|
BABATLAŞDIRILMAQ (ID - 2523)məch. Babat hala salınmaq, bir qədər yaxşılaşdırılmaq.
|
BABATLAŞDIRMA (ID - 2524)“Babatlaşdırmaq”dan f.is.
|
BABATLAŞDIRMAQ (ID - 2525)f Bir qədər yaxşılaşdırmaq.
|
BABATLAŞMA (ID - 2526)“Babatlaşmaq”dan f.is.
|
BABATLAŞMAQ (ID - 2527) |
BABATLIQ (ID - 2528)is. Babat şeyin halı.
|
BABAY (ID - 2529)is. Uşaq dilində: qoca, saqqallı kişi (adətən balaca uşaqları qorxutmaq üçün söylənir).
|
BABAYİ-ƏMİR (ID - 2530)is. [xüs. is.-dən] Çoxbilmiş, söz altında qalmayan adam.
|
BABƏKİLƏR (ID - 2531)cəm [xüs. is.-dən] tar. XI əsrdə Babəkin başçılığı ilə ərəb istilaçılarına qarşı mübarizə aparmış Babək tərəfdarları.
|
BABƏT1 (ID - 2532)[fars.] bax babat.
|
BABƏT2 (ID - 2533)[fars.] köhn. 1. Təhər, hal, vəziyyət, keyfiyyət. Zülf bir yana düşər, gərdən bir yana; Özün bilməz, bir özgə babət olur. M.P.Vaqif.
Adətən yerlik və çıxışlıq halında ...cəhətdən, ...barədə. Bəlkə öz-özünə düşünə... |
BABİ, BABI (ID - 2534)is. [xüs. is.-dən] 1. XIX əsrin ortasında İranda “Bab” təxəllüslü Mirzə Əli
Məhəmməd tərəfindən təsis edilmiş dini təriqətə mənsub olan adam. Dedilər ki, Təbrizdə çox babi var, amma heç kəs qorxusundan ləb tərpədə... |
BABİLİK, BABILIQ (ID - 2535)is. [xüs. is.-dən]
Babi məzhəbi; XIX əsrin ortalarında İranda “Bab” təxəllüslü Mirzə Əli Məhəmməd adlı bir şəxs tərəfindən təsis edilmiş dini təriqət. // Babi məzhəbinə mənsubiyyət. 2. məc. Dinsizlik, kafirlik... |
BABİLLİLƏR (ID - 2536)cəm, tar. Qabaq Asiyada ən qədim (e.ə. V-I əsrlərdə) dövlətlərdən biri olan Babilistanm əhalisi.
|
BABİZM (ID - 2537)b ax babilik.
|
BABLAŞMA (ID - 2538)“Bablaşmaq”dan f.is.
|
BABLAŞMAQ (ID - 2539)f. Bab olmaq, tay olmaq, uyğunlaşmaq.
|
BAC (ID - 2540)is. [fars.] köhn. 1. Keçmiş zamanlarda bir yerdən başqa bir yerə aparılan mal və sairədən alman rüsum, vergi. Koroğlu karvanın qabağını kəsdi, bac verməklərini söylədi. “Koroğlu”.
// Ümumiyyətlə, vergi. // Məc. mənada.... |
BACA (ID - 2541)is. 1. Tüstü çıxmaq üçün ocağın üstündə kərpicdən hörülən və ya dəmirdən qayrılan içi boş boru. Evin bacası. Fabrik bacası. - Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman. A.Səhhət. Gecədən xeyli keçmiş bacadan gumbultu...
|
BACA-BACA (ID - 2542)is. Köhnə məişətdə: Novruz bayramı axşamı qapı-qapı dolaşıb bayramlıq pay almaq adəti; qodu-qodu.
|
BACAQ (ID - 2543)is. Qıç. Heyvancıqlar .. bacaqlarını bükərək, quyruqlarını oynada-oynada analarının məmələrini əmirdilər. A.Şaiq.
|
BACAQLI (ID - 2544)is. köhn. Keçmişdə Hollandiya və ya Avstriya qızıl pulu (qadınlar bunları ipə düzərək bəzək kimi boyunlarına taxardılar). Şəhrəbanı xanım sandıqçanın ağzını açır, yüz dənə təzə bacaqlı çıxardır. M.F.Axundzadə. Oğlan...
|
BACALI (ID - 2545)sif Bacası, ya bacaları olan. Bacalı ev.
|
BACALIQ (ID - 2546)is. Damda baca üçün hazırlanmış yer.
|
BACANAQ (ID - 2547)is. Bacıların ərlərinin birbirinə qohumluq münasibəti. Nə olar ki, bacanaq bacanağın evinə getməsə, daha hara getmək olar? S.Rəhimov. [Babaxanın] dili güclə söz tutdu: - Yoldaş, o mənim bacanağımdır. Mir Cəlal.
|
BACARAN (ID - 2548)fsif Qabiliyyətli, başı çıxan, iş görə bilən, əlindən iş gələn, bir işin öhdəsindən gələn. Bacarana baş (can) qurban. (Ata. sözü).
|
BACARIQ (ID - 2549)is. Bilik, təcrübə, vərdiş nəticəsində əldə edilmiş işgörmə qabiliyyəti, təcrübə. Hər işdə bacarıq lazımdır. Onun heç bir bacarığı yoxdur. - İnsan öz səyi və bacarığı sayəsində istədiyi məqsədə nail ola bilər....
|
BACARIQLI (ID - 2550)sif İstedadlı, qabiliyyətli, əlindən iş gələn, iş yaradan, təcrübəli. Bacarıqlı adam. Bacarıqlı usta.
|
BACARIQLI(LI)Q (ID - 2551)is. Bacarıqlı adamın xüsusiyyəti. Hüseynqulunun mahirliyini və bacarıqlığını görən başqa bir tacir, onu öz yanında faytonçu durmağa dəvət edir. H.Sarabski.
|
BACARIQSIZ (ID - 2552)sif Bacarığı olmayan, əlindən iş gəlməyən, qabiliyyətsiz, təcrübəsiz, aciz. Bacarıqsız adam.
|
BACARIQSIZLIQ (ID - 2553)is. Bacarığı olmama, əlindən iş gəlməmə, qabiliyyətsizlik, təcrübəsizlik, acizlik. ..[Kor kişinin] əlbisəsinin tərzi, biçimi - avamlığını; yerişi - gözsüzlüyünü; üzünün xətləri - aciz və bacarıqsızlığını andırırdı....
|
BACARMA (ID - 2554)“Bacarmaq”dan fis.
|
BACARMAQ (ID - 2555)f Əlindən gəlmək, görə bilmək, bir işi görməyə qabiliyyəti, iqtidarı olmaq, öhdəsindən gələ bilmək, müvəffəq olmaq. İş görməyi bacarmırsan. Şahmat oynamağı bacarmıram. - Şəxs gərək elə bir iş tutsun ki, onu bacarıb...
|
BACARMAZ (ID - 2556)sif və is. Bacarmayan, əlindən iş gəlməyən, bir işə iqtidarı olmayan adam. Bacarmaza iş tapşırma.
|
BACARMA(MA)ZLIQ (ID - 2557)is. Bacarmama, əlindən iş gəlməmə; qabiliyyətsizlik.
|