BİDƏMAQ (ID - 4159)bax bidamaq. Səni görcək özün soxar içəri; Tünd olub, qapını bidəmaq çəkər. Q.Zakir.
|
BİDƏRD (ID - 4160)[fars.] 1. Bax dərdsiz. Böylə kim ol dilrüba bidərddir, mən dərdmənd. Füzuli. Gər rəfiqin ola bidərd, davasız dərddir; Əhli-dildən gələ, min zəxm o bir dərd olmaz. M.V.Vidadi. Çün sübh çayın içdi kişi, çıxdı kənarə; Bidərdü...
|
BİDƏRMAN (ID - 4161)[fars.] bax bidəva. Birdən sual edən dərdi-bidərman; Əhvalını pərişanə yetirrəm. Aşıq Pəri.
|
BİDƏT (ID - 4162)is. [ər.] Hamı tərəfindən qədimdən bəri qəbul edilmiş qayda və adətə, yaxud dinə zidd olan şey, keyfiyyət. Aləmə adət oldu, sənə bidət. (Ata. sözü). Döndərib “a-ba ”yə “əlifi-bey ”ləri; Bidətə bax! “ya ” oxudur...
|
BİDƏVA (ID - 4163)sif. [fars. bi... və ər. dəva] Davasız, dərmansız, əlacsız, sağalmaz.
|
BİDİN (ID - 4164)[fars. bi... və ər. din] bax dinsiz. [Ağa Mərdan:] Bəli, indi məlum oldu ki, siz niyə belə danışırsınız, çünki o .. bidinin ağzı sizə dəyibdir. M.F.Axundzadə. İndi adamlar deyəsən cindilər; Cin nədi, şeytan kimi bidindilər....
|
BİDİNLİK (ID - 4165)is. Dinsizlik, heç bir dinə inanmama.
|
BİDMİŞK (ID - 4166)[fars.] bax bədmüşk.
|
BİELM (ID - 4167)sif. [fars. bi... və ər. elm] Elmsiz, biliksiz.
|
BİETİBAR (ID - 4168)sif. [fars. bi... və ər. etibar] Etibarsız. Bietibar adam. - [Rüstəm bəy:] Məhərrəm, sənin axırın niyə belə bietibar oldu? N.Vəzirov. Elmsiz şeir əsası yox divar kimi olur və əsassız divar qayətdə bietibar olur. F.Köçərli.
|
BİETİBARLIQ (ID - 4169)is. Etibarsızlıq; etibara layiq olmama. Qələmin belə aciz və bietibarlığını görəndə rəssamlara əl ataq! C.Cabbarlı.
|
BİETİNA (ID - 4170)zərf [fars. bi.. və ər. etina] Etinasız. 0ah Abbası kənar qoyub, qırx il sərasər onun saffiaklığına və cabbarlığına bietina nazir oldular? M.F.Axundzadə.
|
BİEYB (ID - 4171)sif. [fars.] Eyibsiz, nöqsansız; qüsursuz.
|
BİƏDƏB (ID - 4172)[fars. bi... və ər. ədəb] bax ədəbsiz. Oldu vacib eyləmək ol biədəbdən ictinab. Füzuli.
|
BİƏDƏBLİK (ID - 4173)is. Ədəbsizlik, tərbiyəsizlik, yaramazlıq; ədəbsiz, nalayiq, qaba hərəkət, söz.
□ Biədəblik etmək - ədəbsiz (nalayiq) hərəkət etmək, ya söz söyləmək. Bir biədəblik eyləmədik biz ki vaizə; Bizdən nə sadir oldu ki, dəydi... |
BİƏQL (ID - 4174)[fars. bi... və ər. əql] bax agılsız.
|
BİƏLAC (ID - 4175)[fars. bi... və ər. ilac] Əlacsız, çarəsiz, naçar. [Cahangir bəy:] İndi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac. N.Vəzirov.
|
BİƏLACLIQ (ID - 4176)is. Əlacsızlıq, çarəsizlik.
|
BİƏMƏL (ID - 4177)sif. [fars. bi... və ər. əməl] Dediyinə və ya deyilənə əməl etməyən; boşboğaz, bekara.
□ Alimi-biəməl - bax alim. |
BİƏNCAM (ID - 4178)sif. [fars. bi... və ər. əncam] Sonsuz; aqibətsiz, nəticəsiz, faydasız.
|
BİƏNDAZƏ (ID - 4179)sif. [fars.] Əndazəsiz, ölçüsüz, biçimsiz; qaydasız.
|
BİƏNDAZƏLİK (ID - 4180)is. 1. Ölçüsüzlük, biçimsizlik; həddən artıqlıq.
2. Nizamsızlıq, qaydasızlıq, qanunsuzluq, başlı-başmalıq. Ənva-ənva biəndazəlik və şərarət əmələ gətirdilər. M.F.Axundzadə. |
BİƏSİL (ID - 4181)sif. [fars. bi... və ər. əsil] Əsilsiz, əsli-nəcabəti olmayan, alçaq.
|
BİFAİDƏ (ID - 4182)[fars. bi... və ər. faidə] bax bifayda. Bihudə deyil bu karxanə; Bifaidə gərdişi-zəmanə. Füzuli.
|
BİFAYDA (ID - 4183)sif. Faydasız. [Fərhad:] Bifayda olmaqdan isə, ölüb bir dəfə qurtarmaq məsləhətdir. Ə.Haqverdiyev.
|
BİFƏR (ID - 4184)sif. [fars.] Fərsiz, fərasətsiz, bacarıqsız, bikara.
|
BİFŞTEKS (ID - 4185)[ing.] aşp. Mal ətindən hazırlanan qızartma. [Əhməd:] - İstərsən mənə bifşteks gətir, - deyə Əşrəfə baxdı. A.Şaiq.
|
BİGAH (ID - 4186)sif. [fars.] Vaxtsız, gec, axşamçağı.
|
BİGANƏ (ID - 4187)sif. [fars.] Yad, yabançı, özgə, tanış olmayan. Biganə adam. - Bu tədbir ilə mülki-İran tayfeyi-biganənin hücumundan məhfuz qaldı. M.F.Axundzadə.
// İs. mənasında. Derlər səni eşqə mübtəlasan; Biganələr ilə aşinasan. Füzuli.... |
BİGANƏLƏNMƏK (ID - 4188)f. Biganə olmaq, yad olmaq, yadlaşmaq. Salıbdır meylini yarım kuyinə; Əqlü huşum məndən biganələnmiş. M.V.Vidadi.
|
BİGANƏLİK (ID - 4189)is. Yadlıq, yabançılıq. Şahım, nəzər et məni-gədayə; Biganəlik etmə aşinayə! Füzuli. Xalqla dövlət arasında ədavətin, biganəliyin əsil səbəbi ruhanilərdir. M.F.Axundzadə. [Ulduz] ürəkləri ilə dodaqları arasında daima bir...
|
BİGAR (ID - 4190)[fars.] bax biyar.
|
BİGƏRAN (ID - 4191)sif. [fars.] klas. Sonsuz, intəhasız, hüdudsuz. Zakir, usanmadın o qədər eşqdən ki, ta; Candan usandırdı sitəmibigəran məni. Q.Zakir.
|
BİGÜMAN (ID - 4192) |
BİGÜNAH (ID - 4193)[fars.] bax günahsız. Məbada məni öldürə bigünah; Gətirdim bu xəlvət məkanəpənah! M.Ə.Sabir. [Güldəstə:] Bisəbəb, bigünah bir uşağın anasını at bayıra, axır nainsaf işdir... N.Vəzirov. Əslində onun [Nəcəfəlinin] heç...
|
BİHAL (ID - 4194)zərf və sif. [fars. bi... və ər. hal]
Halsız, taqətsiz, yorulmuş, əldən düşmüş; üzgün, zəif. Bihalyıxılmaq. - Sübh vaxtında bir qoca çaqqal; Aclıq etmişdi çox onu bihal.S.Ə.Şirvani. Kərbəlayı Qulaməli, hacının bu sözlərini... |
BİHALƏT (ID - 4195)[fars. bi... və ər. halət] köhn. bax bihal. [İrakli] .. bihalətyıxılır səndəlin üstünə. Ə.Haqverdiyev.
|
BİHALLIQ (ID - 4196)is. Zəiflik, taqətsizlik; yorğunluq, üzgünlük. Mana bu zəfü bihallıq, sağınına, pirlikdəndir; Gözün fikri məni yorğun salıb ahu qovanlar tək. Q.Zakir.
|
BİHESAB (ID - 4197)sif. [fars. bi... və ər. hesab]
Haqsız. Saysız-hesabsız, olduqca çox. məc. Hesab bilməyən, anlamaz. |
BİHESABLIQ (ID - 4198)is. köhn. Haqsızlıq. Danışma heç bihesablıqdan; Yaxşı olur doğrudüzün axırı. Aşıq Pəri.
|
BİHƏDD (ID - 4199)sif. [fars. bi... və ər. hədd] Hədsiz. Füzulidən səbatü səbrü cövrü qəhr az istə; Kim, ol biçarəyi dərdü qəmin bihədd zəbun etdi. Füzuli. [Səriyyə:] Nə çarə edəsən? Sən bir tək, amma bu zalimlər bihədd. C.Cabbarlı.
|
BİHƏYA (ID - 4200)sif. və is. [fars. bi... və ər. həya] Həyasız, utanmaz. [Səkinə xanım:] Gülsəba, heç bilirsən ki, mənim bu bihəya qardaşım arvadı başıma nə iş gətiribdir? M.F.Axundzadə.
// Söyüş yerində. [Nurcahan:] Axırda təqsirli kim... |
BİHƏYALIQ (ID - 4201)is. Həyasızlıq, utanmazlıq. Bihəyalıq etmək.
|
BİHİSS (ID - 4202)zərf [fars. bi... və ər. hiss] Hissiz. Bihiss halda uzanmaq. - Biçarə kişi bircə onu bildi ki, gücü gəldikcə “Vay dədə, vay! ” deyib, bihiss yerə yıxıldı. Çəmənzəminli.
|
BİHÖRMƏT (ID - 4203)sif. və zərf [fars. bi... və ər. hürmət] Hörmətsiz. [Səadət xanım:] Bağışlayın, əgər məndən bihörmət iş baş vermişsə, üzr istəyirəm... Mir Cəlal.
□ Bihörmət etmək - hörmətdən salmaq, biabır etmək, alçaltmaq.... |
BİHÖRMƏTÇİLİK (ID - 4204)dan. bax bihörmətlik. Burada nə kötək lazımdır, nə bihörmətçilik, nə də qeyri bir bəhanə. C.Məmmədquluzadə.
|
BİHÖRMƏTLİK (ID - 4205)is. Hörmətsizlik. Baba üzrxahlıq etdi: - Xanım, başına dönüm, bihörmətlik olar, xəcalət çəkərəm, - dedi. Çəmənzəminli. Məsum kişi .. ömrünün bu çağlarında .. gördüyü bihörmətliyi, eşitdiyi nalayiq sözləri düşündü....
|
BİHUDƏ (ID - 4206)sif. və zərf [fars.] Boş-boşuna, əbəs, nəticəsiz, mənasız, faydasız. Bihudə iş. Bihudə danışıq. Bihudə zəhmət. Bihudə yerə. - Vəfa yoxdur, Vidadi xəstə, əsla nəsli insanda; Vəli bihudə bir sözdür, deyirlər laf arasında....
|
BİHUŞ (ID - 4207)sif. [fars.] 1. Özündən getmiş, bayğın. Sevil bihuş halda yatırdı. Ə.Sadıq.
Bihuş olmaq - özündən getmək, bayılmaq. [Şahın] haman saat rəngi qaçıb guya ki, bihuş oldu. M.F.Axundzadə. ..Bilmədim hansı tərəfdən elə bir xırıltı... |
BİHUŞANƏ (ID - 4208)zərf [fars.] Özündən getmiş kimi, bayğın halda. Şair bu sözləri vəcd . . halında söyləyərək, bihuşanə yıxılıb, hərəkətsiz qaldı. A.Səhhət.
|
Bu səhifə dəfə baxılıb