BİDƏTis. [ər.] Hamı tərəfindən qədimdən bəri qəbul edilmiş qayda və adətə, yaxud dinə zidd olan şey, keyfiyyət. Aləmə adət oldu, sənə bidət. (Ata. sözü). Döndərib “a-ba ”yə “əlifi-bey ”ləri; Bidətə bax! “ya ” oxudur “yey”ləri. M.Ə.Sabir. Təriqətlər və bidətlərin İrandan, İraqdan və Orta Asiyadan Azərbaycana gətirildiyi şübhəsizdir. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|