İzahlı lüğət

BİGANƏLİK

is. Yadlıq, yabançılıq. Şahım, nəzər et məni-gədayə; Biganəlik etmə aşinayə! Füzuli. Xalqla dövlət arasında ədavətin, biganəliyin əsil səbəbi ruhanilərdir. M.F.Axundzadə. [Ulduz] ürəkləri ilə dodaqları arasında daima bir ayrılıq, bir biganəlik olanların duyduqlarını yaşamaqdadır. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......