BALTABİC (ID - 2908)is. məh. Çökə ağacının çiçəyi.
|
BALTAÇI (ID - 2909)is. 1. Ağac kəsən, odun doğrayan. Baltaçılar meşəyə getdilər.
Balta qayıran usta. |
BALTAÇILIQ (ID - 2910)is. Balta ilə ağac kəsmək və ya odun doğramaq sənəti.
|
BALTADİMDİK (ID - 2911)is. zool. Çox yoğun dimdiyi olan bir quş.
|
BALTADİŞ (ID - 2912)sif. dan. Yekə və bərk dişli.
|
BALTAGÖRMƏZ (ID - 2913)sif Sıx, keçilməz. Baltagörməz meşə.
|
BALTAKƏSMƏZ (ID - 2914)sif. 1. Çox bərk, çox möhkəm, çox qalın.
məc. Kobud, gönüqalın. |
BALTAQIRAN (ID - 2915)is. məh. bax baldırgan.
|
BALTALAMA (ID - 2916)“Baltalamaq”dan fis.
|
BALTALAMAQ (ID - 2917)f 1. Balta ilə çapmaq, kəsmək, yarmaq, doğramaq; balta ilə vurmaq. Onları karvan əhli baltaladı; .. Doğrayıb, yandırıb ocaq qaladı. A.Səhhət.
məc. Yıxmaq, devirmək, dağıtmaq, məhv etmək, kökünü kəsmək, ortadan qaldırmaq;... |
BALTALANMA (ID - 2918)“Baltalanmaq”dan fis.
|
BALTALANMAQ (ID - 2919)məch. Balta ilə kəsilmək (çapılmaq, yarılmaq, doğranmaq).
|
BALTALATMA (ID - 2920)“Baltalatmaq”dan fis.
|
BALTALATMAQ (ID - 2921)icb. Balta ilə kəsdirmək, çapdırmaq, doğratmaq.
|
BALTALI (ID - 2922)sif Əlində balta olan, balta ilə işləyən. Ağac yıxılanda əli baltalı da yeriyər, əli baltasız da. (Ata. sözü).
|
BALZAM (ID - 2923)[yun.] Balzam ağacından hasil edilən və tərkibində efir yağları olan yarıduru ətirli qatran.
|
BALZAMLAMA (ID - 2924)“Balzamlamaq”dan fis.
|
BALZAMLAMAQ (ID - 2925)f Çürüməmək üçün (meyitə) xüsusi maddələr hopdurmaq; mumiyalamaq.
|
BALZAMLANMA (ID - 2926)“Balzamlanmaq”dan fis.
|
BALZAMLANMAQ (ID - 2927)məch. Hopdurulmaq, mumiyalanmaq.
|
BAMAZI (ID - 2928)b ax pamazı.
|
BAMBALACA (ID - 2929)sif Lap balaca. Güllü bambalaca gen tumanda, qolu çirməkli olduğu halda, oğlu ilə qabaq-qarşı durub danışırdı. Ə.Əbülhəsən.
|
BAMBAŞQA (ID - 2930)sif Tamamilə başqa, tamamilə ayrı. Bambaşqa məsələ. Bambaşqa iş. Gözlərimin önündə bambaşqa bir aləm açıldı. Onun xasiyyəti bambaşqadır. - [Nadir] ..
Məryəmin artıq uzanmış saçlarını Zeynəbin saçları ilə müqayisə... |
BAMBILI (ID - 2931)sif. dan. Ləyaqətsiz, vecsiz, qeyri-ciddi, boş, yüngül, gülünc, avara, lüt. [Şeyx Nəsrulla:] Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq... C.Məmmədquluzadə. [Əbdürrəhman bəy:]...
|
BAMBUK (ID - 2932)[malay.] bot. 1. İsti ölkələrdə bitən içi boş, çox bərk, yüngül, yoğun, qamışabənzər bitki (ağac). Bambuq meşəsi. -Aşağılarda kokos palmaları, banan və bambuk ağacları bir-birinə qarışaraq qolbudaq atmışdır. M.İbrahimov.
2.... |
BAMƏZƏ (ID - 2933)sif. [fars.] 1. Məzəli, dadlı.
2. Zarafatçı, lətifəçi, məzəli. O çox baməzə qoca idi, zarafat etməyi və lətifə söyləməyi çox sevirdi. M.S.Ordubadi. Onun adı [Xəlil] idi, özü də baməzə oğlanlardan biri idi. “Kirpi”. |
BAMİYƏ (ID - 2934)is. [fars.] 1. bot. Meyvəsi konus şəklində olan və xörəyə işlədilən birillik lifli bitki. Bu bitkinin meyvəsi.
Un, yağ, şəkər və s.-dən hazırlanan bamiyə şəklində şirni. |
BAN1 (ID - 2935)is. 1. Arabanın təkərlərindən yuxarı olan hissəsi, qutusu, gövdəsi. Araba banı.
Araba cırıldamaqdan, ban cırıldayır. (Ata. sözü). // Eyni mənada avtomobildə. Heyvanı qoşmaq üçün, arabanın qabağında olan ağac; yan... |
BAN2 (ID - 2936)is. Xoruz səsi, xoruz banlaması. Səhər tezdən ban səsinə ayıldım. - Eşidilən bir səs varsa, o da xoruz banları və köpəklərin səsi idi. M.S.Ordubadi. [Xəlil:] Xoruzların üçüncü banınadək söhbət elədik. Ə.Haqverdiyev. Xoruz...
|
BAN3 (ID - 2937)is. [ər.] 1. Misir söyüd ağacı.
2. məc. Ucaboylu, qamətli; biçimli. |
BANAN (ID - 2938)[isp.] bot. 1. Meyvə və ya lif üçün yetişdirilən, çox iri yarpaqları olan uca tropik ağac. Banan ağacı.
2. Bu ağacın qalın və sarı qabıqlı uzunsov meyvəsi. |
BANBAL (ID - 2939)is. məh. İri barama.
|
BANDA (ID - 2940)is. [ital.] Cinayətkarlar, qatillər güruhu, dəstəsi. Təbriz xalqına .. asayiş və əmniyyət gətirən dinc soldatlara hücum edən şərarətçilər bandalar kimi təsvir edilirdi. M.S.Ordubadi. [Dəmirov:] Zülmət dəstəsi [qolçomaq] qalıqlarından...
|
BANDAJ (ID - 2941)[fr.] 1. Qarnın divarlarını normal vəziyyətdə saxlamaq üçün elastik kəmər, bağ. İdmanda zədələnmə hallarının qarşısını almaq üçün ən yaxşı qoruyucu vasitələr: sipərlərdən, maskalardan, bandajdan istifadə edilməsindən,...
|
BANDAJÇI (ID - 2942)is. 1. Bandaj (1-ci mənada) qayıran usta.
tex. Təkərlərə bandaj (2-ci mənada) keçirən usta. |
BANDAQ (ID - 2943)is. Saxlanmaq üçün saplağından dəstə ilə uzun ipə bağlanmış meyvələr və bu meyvələrin bağlandığı ip. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Gəncə üzümü, .. üçbucaq salfetlər də vardı. Mir Cəlal.
|
BANDAQLAMA (ID - 2944)“Bandaqlamaq”dan f.is.
|
BANDAQLAMAQ (ID - 2945)f Bandaq bağlamaq; qışa saxlamaq üçün meyvəni saplağından dəstə ilə uzun ipə bağlamaq. Qış üçün üzüm bandaqlamaq.
|
BANDAQLANMA (ID - 2946)“Bandaqlanmaq”dan
|
BANDAQLANMAQ (ID - 2947)məch. Bandaq bağlanmaq, qışa saxlanmaq üçün saplağından uzun ipə bağlanmaq.
|
BANDAQLANMIŞ (ID - 2948)fsif Bandağa bağlanmış, qışa saxlanmaq üçün saplağından uzun ipə bağlanmış. Bandaqlanmış üzüm.
|
BANDAQLATMA (ID - 2949)“Bandaqlatmaq”dan fis.
|
BANDAQLATMAQ (ID - 2950)icb. Bandaq bağlatmaq, bandaq vurdurmaq. Bu il çoxlu üzüm bandaqlatmışıq.
|
BANDAQLIQ (ID - 2951)sif. Bandaq bağlamağa (qışa saxlamağa) yarar. 'Bandaqlıq üzüm.
|
BANDEROL (ID - 2952)is. [fr.] 1. Poçt ilə göndərilən şeylərin büküldüyü enli kağız sarğı.
Poçt ilə bu cür sarğıda göndərilən hər hansı bir şey. Aksiz və ya gömrük rüsumunun verildiyini bildirmək üçün malın üstünə yapışdırılan... |
BANDEROLLAMA (ID - 2953)“Banderollamaq”dan fis.
|
BANDEROLLAMAQ (ID - 2954)f. Üzərinə banderol çəkmək (vurmaq).
|
BANDEROLLANMA (ID - 2955)“Banderollanmaq”dan f.is.
|
BANDEROLLANMAQ (ID - 2956)məch. Üzərinə banderol çəkilmək (vurulmaq).
|
BANDEROLLU (ID - 2957)sif. Üzərinə banderol yapışdırılmış, üzərinə banderol çəkilmiş. Banderollu tütün. Banderollu qutu. Banderollu çay.
|
Bu səhifə dəfə baxılıb