BUZOVLUQ (ID - 5410)is. 1. Buzov saxlanan yer.
İnəyin balalığı. |
BUZOVOTARAN (ID - 5411)is. Dana-buzovu otarmaqla məşğul olan naxırçı.
|
BÜDCƏ (ID - 5412)is. [fr.] Dövlətin və onun idarə və müəssisələrinin illik gəlir və çıxar cədvəli. Dövlət büdcəsi. Büdcə ili.
// Bir adamın müəyyən vaxt ərzindəki gəlir və çıxarı. Cəfər əmi aldığı maaşın azlığına baxmayaraq... |
BÜDƏT (ID - 5413)bax bidət.
|
BÜDRƏK, BÜDRƏGƏN (ID - 5414)sif. Tez-tez büdrəyən. Büdrəgən at. Büdrəgən dəvə.
|
BÜDRƏMƏ (ID - 5415)“Büdrəmək”dənfis.
|
BÜDRƏMƏK (ID - 5416)f 1. Yeriyərkən müvazinəti itirmək, yerişi pozulmaq. Hamı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrəyir. M.F.Axundzadə. Onlar bərk-bərk bir-birinin əlindən tutur, heyrətdən böyümüş gözləri ilə ayaqlarının altını...
|
BÜĞZ (ID - 5417)is. [ər.] Kin, ədavət, acıq, niftət. İki aqil kəs eyləməz dəva; Eyləməz birbirinə büğz əsla. S.Ə.Şirvani. Büğzü ədavət daşını tullayıb; Bir-birinəyar olacaq, yoxsa yox. C.Cabbarlı.
|
BÜXL (ID - 5418)is. [ər.] köhn. Paxıllıq, həsəd. [Laçın:] Cəmilin hərəkətləri olub yalan, büxl, şivə, müftəxorluq. N.Vəzirov. Həddən aşıb büxlü həsəd, şərarət; Yoldaş yoldaşına eylər xəyanət. Q.Zakir. Fətəli xanın tərəqqisi Qacarın,...
|
BÜXUR (ID - 5419)bax buxur.
|
BÜKDƏLƏMƏK (ID - 5420)f məh. Bükülmək, qatlanmaq, qatlanmış şəklə salınmaq.
|
BÜKDƏRİLMƏK (ID - 5421)məch. məh. 1. Qatlamaq, bükmək.
Bükülmüş bir şeyi təkrar bükmək. İpi iki qat əyirmək. |
BÜKDÜRMƏ (ID - 5422)“Bükdürmək”dən f.is.
|
BÜKDÜRMƏK (ID - 5423)icb. Bükük hala saldırmaq.
|
BÜKƏLƏMƏ (ID - 5424)“Bükələmək”dən f.is.
|
BÜKƏLƏMƏK (ID - 5425)f Lülə şəklində bükmək.
|
BÜKƏLƏNMƏK (ID - 5426)məch. Lülə şəklində
bükülmək. |
BÜKƏLƏNMİŞ (ID - 5427)f.sif. Lülə şəklində bükülmüş. Mən əlimdə bükələnmiş qəzeti verdim. Mir Cəlal.
|
BÜKMƏ (ID - 5428)is. 1. “Bükmək”dən f.is.
məh. İçərisinə şəkər, qoz, fındıq və ya badam ovuntusu tökülmüş düyü unu riştəsindən hazırlanan şimi. |
BÜKMƏK (ID - 5429)f 1. Müəyyən qaydada qatlamaq. Köynəyi bükmək. Kağızı bükmək. - O biri səkilərdə də usta bükən sayaq çoxluca paltarlar bükmüşdülər və üstlərinə də cürbəcürə papaqlar qoymuşdular. Çəmənzəminli.
// Örtmək. Qadın... |
BÜKÜCÜ (ID - 5430)1. sif. Bükən. Bükücü maşın.
is. Bir şeyi bükməklə məşğul olan işçi. |
BÜKÜK (ID - 5431)sif. 1. Bükülmüş, qatlanmış. Bükük bel. Bükük kağız.
İs. mənasında. Parça və kağız kimi şeylərin qatlı yerləri. Parçanı ütüləyib, büküklərini düzəltmək. Kağızı bükükdən kəsmək. İs. mənasında. Bədən... |
BÜKÜKLÜK (ID - 5432)is. Bükülmüş, qatlanmış şeyin halı.
|
BÜKÜLMƏ (ID - 5433)“Bükülmək”dən f.is.
|
BÜKÜLMƏK (ID - 5434)f. 1. Qatlanmaq, əyilmək, bükük hala düşmək. Qəhrəman .. [Xavərin] dizlərinin büküldüyünü və qeyri-ixtiyari yerə oturduğunu gördü. M.İbrahimov. [Tamara:] Külək əsər, gül bükülər. S.Vurğun.
Əyilmək, ikiqat olmaq, belini... |
BÜKÜLMƏZ, BÜKÜLMƏYƏN (ID - 5435)sif. Bükülə bilməyən, qatlanmaz, əyilməz.
// məc. Sarsılmaz, qüvvətli, möhkəm. [Elxan:] Bükülməz qollarımı sənin ayaqlarına sərib ürəyimi açıram. C.Cabbarlı. Buna şahid, qocalsam da, bükülməyən qamətimdir! S.Vurğun.... |
BÜKÜLMÜŞ (ID - 5436)f.sif. 1. Müəyyən qaydada qatlanmış. Bükülmüş xalça. Bükülmüş kağız.
Sarınmış. Torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru şey çıxdı.. S.S.Axundov. [Gülnazın] çiyninin üstündən yorğana bükülmüş balaca... |
BÜKÜLÜ (ID - 5437)sif. 1. Bükülmüş, qatlanmış halda olan. Bükülü köynək. Bükülü paltar.
// Örtülmüş. Bükülü kitab. Bir şeyə sarınmış. Bükülü qutu. Bükülü şeyləri aç. - Poçtalyon geri qayıdandan sonra İmran Əzizin otağına... |
BÜKÜM (ID - 5438)is. 1. Paltarın və s.-nin bükük yeri.
Bükmə üsulu, tərzi. Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükümü sayaq bir fitəyə büküb qoydu səkiyə. Çəmənzəminli. Kağıza və s.-yə bükülmüş şey. Yunis çamadanı... |
BÜKÜŞ (ID - 5439)is. 1. Bükmə şəkli, bükmə tərzi, bükmə üsulu.
Bir şeyin qırışmış, bükülmüş yeri; qırış. Paltarın büküşü. |
BÜKÜŞDÜRMƏ (ID - 5440)“Büküşdürmək”dən f.is.
|
BÜKÜŞDÜRMƏK (ID - 5441)f Əzib şaxmı sındırmaq, bükük-bükük eləmək, qırışdırmaq.
|
BÜKÜŞMƏ (ID - 5442)“Büküşmək”dən f.is.
|
BÜKÜŞMƏK (ID - 5443)f 1. Əzilib şaxı sınınaq, qırışmaq, büküş-büküş olmaq.
Pozulmaq, büzüşmək. |
BÜLBÜL (ID - 5444)is. [fars.] Qaratoyuq fəsiləsindən olan çox gözəl səsli quş. Bülbülün çəkdiyi dil bəlasıdır. (Ata. sözü). Uçur, qonur ağaclara bülbüllər; Əfşan-əfşan durmuş yaşıl sünbüllər. A.Səhhət.
□ Sarı bülbül kanarya... |
BÜLBÜLOTU (ID - 5445)is. bot. Taxıllar qrupuna mənsub yem bitkisi.
|
BÜLƏND (ID - 5446)[fars.] Uca, yüksək; adətən “asimanə (ərşə və s.) bülənd olmaq” şəklində işlənir - göyə qalxmaq, yüksəlmək, ucalmaq. [İsmayıl bəy:] Doğrudan, mahalda bədbihesablıq o qədər artıbdır ki, əhalinin naləsi asimanə bülənd...
|
BÜLƏNDPƏRVAZ (ID - 5447)sif. [fars.] köhn. 1. Ucadan uçan.
2. məc. Alicənab, nəcib, yüksək. Hər ürək Aslanın mərhəmət, qeyrət və səxavətlə dolu olan ürəyi kimi büləndpərvaz ola bilməz. C.Cabbarlı. |
BÜLLETEN (ID - 5448)[fr.] 1. İctimai əhəmiyyəti olan hadisə haqqında qısa məlumat. Hava bülleteni.
Bəzi dövri məcmuələrin adı. Elmlər Akademiyasının bülleteni. Ali Təhsil Nazirliyinin bülleteni. Seçki vərəqəsi. Səsvermə bülleteni. Hər... |
BÜLLUR (ID - 5449)is. [ər. əsli yun.] 1. Şəffaf və parlaq daş.
□ Dağ bülluru - optikada və zərgərlikdə işlənən şəffaf rəngli mineral. Xüsusi parlaqlığı və işığı sındırmaq qabiliyyəti olan əla şüşə növü. Büllur güzgü. Büllur... |
BÜLLURİ (ID - 5450)sif. [ər.] Büllur kimi saf, təmiz, ləkəsiz, parlaq.
// Şəffaf, dumduru. |
BÜLLURİN (ID - 5451)sif. [ər.] Büllurdan, büllurlu, büllur kimi. Nə rəva cani-büllurin yetə nazik ləbinə; Bərgi-güldən gərək olsun, gözəlim, cam sənə. S.Ə.Şirvani.
|
BÜLÖV (ID - 5452)is. Bıçaq və başqa kəsərləri itiləmək üçün daş. [Hacı Nuru:] Sənin atan usta Rəhman dəllək ülgüc, bülöv ilə məqul dövlət qazandı. M.F.Axundzadə. \Cəmil] haradansa bülöv daşı tapıb gətirdi və bıçağının tiyəsini...
|
BÜLÖVLƏMƏ (ID - 5453)“Bülövləmək”dən f.is.
|
BÜLÖVLƏMƏK (ID - 5454)f. Bülöv daşma çəkib itiləmək. Bıçağı bülövləmək. Baltanı bülövləmək.
|
BÜLÖVLƏNMƏ (ID - 5455)“Bülövlənmək”dən f.is.
|
BÜLÖVLƏNMƏK (ID - 5456)məch. Bülöv daşma çəkilib itilənmək.
|
BÜLÖVLƏNMİŞ (ID - 5457)f.sif. 1. Bülövə çəkilib itilənmiş; iti.
2. Bülöv kimi hamarlanmış, cilalanmış, sürüşkən. Bir az keçincə o yenə də torunu dəstələyib əlinə yığır. Bülövlənmiş çaylaq daşların üzəri ilə .. üzüaşağı burulğanlara... |
BÜLÖVLƏTMƏ (ID - 5458)“Bülövlətmək”dən f.is.
|
BÜLÖVLƏTMƏK (ID - 5459)f. Bülövə çəkdirmək, bülövə çəkdirib itilətmək. Bıçağı bülövlətmək.
|