BÜLBÜLis. [fars.] Qaratoyuq fəsiləsindən olan çox gözəl səsli quş. Bülbülün çəkdiyi dil bəlasıdır. (Ata. sözü). Uçur, qonur ağaclara bülbüllər; Əfşan-əfşan durmuş yaşıl sünbüllər. A.Səhhət.
□ Sarı bülbül kanarya quşu, bülbüləoxşar oxuyan bir quş. // məc. Çox gözəl səsi olan adam haqqında. Oxu, ey bülbüli-növxani-çəmən! Sənin ilə edəcək fəxr vətən. M.Hadi. Paylaşın - Hamı bilsin
|