BUROVUZ (ID - 5310)1. sif. və zərf Qaytarılmaq şərti ilə alınan, müvəqqəti istifadə üçün alınan. Burovuz paltar. - Axşamdan bir saat keçdikdə, qonşulardan burovuz alınmış əlvan lampalara neft töküb, şalbanlardan asırdılar. H.Sarabski. Beləliklə,...
|
BURSA (ID - 5311)bax birja.
□ Əmək bursası -bax əmək birjası (“birja”da). [Murad] heç bir ittifaqın üzvü deyildi. Əmək bursasında qeyd edilməmişdi. S.Hüseyn. |
BURSAÇI (ID - 5312)bax birjaçı. [Şəbanzadə:] Biz sənin üçün İstanbul bursaçıları deyilik ki, əcnəbi paralarına qiymət təyin edək. M.S.Ordubadi.
|
BURU (ID - 5313)is. Sancı, şiddətli qarm ağrısı. Qarnına buru düşmək.
|
BURUCU (ID - 5314)sif. və is. Toxuculuqda və başqa istehsalatda sapı burmaqla məşğul olan.
|
BURUQ1 (ID - 5315)sif. 1. Burulmuş. Buruq ip. Buruq sap.
□ Buruq düşmək - dolaşmaq, dolaşıq düşmək. Buruq salmaq - dolaşdırmaq. // Eşilmiş. Buruq bığ. Burma-burma olan. Qoçun buynuzları buruq olur. // Qıvrım. Buruq saç. k.t. Axtalanmış... |
BURUQ2 (ID - 5316)is. Neft, yaxud mədən suları çıxarmaq üçün xüsusi üsullarla qazılan quyu; neft quyusu. [Əhməd:] Hanı sənin də buruqların? Zavodların, beşmərtəbə evlərin? Ə.Haqverdiyev.
□ Buruq ustası - burma üsulu ilə neft quyusu qazıma... |
BURUQ3 (ID - 5317)is. Boruda axan mayenin, qazın və s.-nin yolunu açıb bağlamaq üçün qurğu; kran. Bu zaman Gülpərinin balağı samovarın buruğuna ilişib buruğu \açır]. H.Sarabski.
|
BURUQÇU1 (ID - 5318)is. k.t. Heyvan burmaqla (axtalamaqla) məşğul olan adam.
|
BURUQÇU2 (ID - 5319)is. köhn. Keçmişdə: neft quyusu qazan fəhlə.
|
BURULĞAN (ID - 5320)is. 1. Dərin çayda, ya dənizdə suyun burulduğu yer; girdab.
2. Şiddətli külək, fırtına nəticəsində burum-burum qalxan dalğa, qar, toz; havada fırlanan qar. Qar burulğanı hərlənir, dar küçələrdə dolanan Gülsənəmi tıncıxdırırdı.... |
BURULĞANLI (ID - 5321)sif. 1. Burulğanlar olan; fırtınalı, coşqun. Burulğanlı dəniz.
xüs. Burulğan kimi öz oxu ətrafında fırlanan, hərəkət edən. Maqnit sahəsinin əsas xassələrindən biri də onun burulğanlı olmasıdır. Kazımzadə. |
BURULMA (ID - 5322)“Burulmaq”dan f.is.
|
BURULMAQ (ID - 5323)f. 1. Buruq düşmək, buruq hala gəlmək. Məftil buruldu. İp buruldu.
// Qıvrılmaq, dalğavari, şəkildə getmək, axmaq. Camaat möhkəm və uca.. bəndin üstünə çıxıb gəzinirdi, ağzı qayıtmış Kürün burulaburula (z.) axıb getməyinə... |
BURULMUŞ1 (ID - 5324) |
BURULMUŞ2 (ID - 5325)f.sif. k.t. Axtalanmış, axta edilmiş. Burulmuş qoç.
|
BURULU1 (ID - 5326)sif. Buruq, burulmuş, buruqburuq. \Nadir] ..Zeynəbin zərif yanaqlarına tökülmüş burulu saçlarını yad edirdi.
B.Talıblı. |
BURULU2 (ID - 5327)zərf və sif. Əyri, dalğavari, qıvrıla-qıvrıla. Burulu axan çayın qırağına zil bir qaranlıq çökmüş(dü). S.Rəhimov.
|
BURUM (ID - 5328)is. 1. Burula-burula çıxan (qalxan, hərəkət edən) şarşəkilli kütlə. Tüstü burumları. Qar burumları.
2. “Bir” sözü ilə: bir burum məh. - bir dəfə, bir kərə. Bir burum qaynamaq. burum-burum zərf Burum (1-ci mənada) halında.... |
BURUN (ID - 5329)is. 1. İnsan və heyvanın üzündə iybilmə və tənəffüs orqanı. Dik burun. Düz burun. Yastı burun. Burun pərdəsi (burun deşiklərinin arasındakı pərdə).
Müxtəlif şeylərin, alətlərin və s.-nin uc tərəfi, irəli çıxan hissəsi.... |
BURUNALTI (ID - 5330)zərf Anlaşılmaz bir surətdə. [Müdir Əkbərə dedi:] Burunaltı danışma. De görüm, nəyin çatmır? Mir Cəlal.
|
BURUNCUQ (ID - 5331)kiç. Kiçik burun, yaxud bir şeyin buruna oxşayan hissəsi, çıxıntısı. Xoruzgülü toxumçalarının üzəri qırışıqdır və onların yuxarısında düz və ya əyilmiş buruncuq vardır. Qədirov.
|
BURUNDUQ (ID - 5332)bax buruntaq.
|
BURUNGƏLMƏ (ID - 5333)is. Qaramalda və atlarda olan bir xəstəlik.
|
BURUNLAMA (ID - 5334)“Burunlamaq”dan fis.
|
BURUNLAMAQ (ID - 5335)f 1. Burun ilə eşmək, dağıtmaq, vurmaq. Öküzlər otu burunlayıb dağıtdı.
2. məc. Təqib etmək, gözümçıxdıya salmaq, gözü götürməmək, sıxışdırmaq. Qız fındığı öz qiymətindən ucuz satdığı üçün köhnə alverçilər... |
BURUNLAŞMA (ID - 5336)“Burunlaşmaq”dan f.is.
|
BURUNLAŞMAQ (ID - 5337)qarş. Döyüşmək, vuruşmaq, dalaşmaq, sözləşmək. Qarı bizdən uzaqlaşdı, bir çoxları ilə burunlaşdı. M.S.Ordubadi.
|
BURUNOTU (ID - 5338)is. Buruna çəkilən tənbəki tozu. [Qoca] cibindən bir qutu çıxardıb, bir az burunotu çəkdi. M.S.Ordubadi. [Püstə] cibindən burunotu çıxarıb, burunotu çəkir və bir-iki dəfə asqırır. H.Sarabski.
|
BURUNTAQ (ID - 5339)is. Heyvanların ağzına bağlanan ip və s.
|
BURUNTAQLAMA (ID - 5340)”Buruntaqlamaq”dan fvs.
|
BURUNTAQLAMAQ (ID - 5341)f Heyvanın ağzına buruntaq taxmaq, buruntaq keçirmək.
|
BURUNTAQLANMA (ID - 5342)“Buruntaqlanmaq”dan f.is.
|
BURUNTAQLANMAQ (ID - 5343)məc. Ağzına buruntaq taxılmaq.
|
BURUNTULUQ (ID - 5344)bax buruntaq.
|
BURYAT (ID - 5345)is. Buryat-Monqol Muxtar Respublikasının əsas əhalisini təşkil edən xalqın adı və bu xalqa mənsub adam.
|
BURYATCA (ID - 5346)zərf Buryat dilində.
|
BUSƏ (ID - 5347)is. [fars.] Öpüş. Can alıb bir busə versən ləblərindən, ey pəri! Sanma kim, Seyyid belə sevdayə eylər etiraz. S.Ə.Şirvani. [Qacar:] Deyirlər şirindir busənin dadı; O da kor bəxtimə qismət olmadı. S.Vurğun.
Busə etmək - öpmək.... |
BUSƏLİK (ID - 5348)is. mus. Azərbaycan klassik muğamlarından biri. 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfşənd, büzürg, zəngulə, rəhavi, hüseyni və hicaz. Ü.Hacıbəyov.
|
BUSTAN (ID - 5349)is. [fars.] klas. Çiçək bağçası, çiçəklik, güllük. Matəmgədə gördü bustanı; Riqqət oduna tutuşdu canı. Füzuli. Mənim bağım, baharım, həm gülüm, həm bülbülüm sənsən; Nə lazımdır mənə bağü baharü bustan sənsiz....
|
BUŞMENLƏR (ID - 5350)cəm. Cənubi Afrikada yaşayan və vaxtı ilə bütün Cənubi Afrikanın əsas əhalisini təşkil edən qəbilələrin adı.
|
BUTA1 (ID - 5351)is. 1. Qönçə. İşlə əlim, butalar; Al-əlvan çiçəklər olsun. M.Rahim.
2. Parça üzərində badamabənzər xırda naxış, kiçik gül şəkli. O zərif butaları; Yazmaq olmaz kağızda. M.Seyidzadə. |
BUTA2 (ID - 5352)is. [fars.] İçində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) qayrılmış qab.
|
BUTAFOR (ID - 5353)is. [ital.] Butaforiyaya baxan teatr işçisi, habelə butafor qayıran usta.
|
BUTAFORİYA (ID - 5354)[ital.] 1. Səhnə tamaşası üçün lazım olan şeylər.
2. məc. Zahiri bəzək, bərbəzək, saxta cah-calal. |
BUTALI (ID - 5355)sif. Üstündə buta olan; naxışlı, güllü. Butalı parça. Butalı dəsmal. - [Məşədi Heydər] qolunu çırmalayıb, qırmızı butalı nimçənin ortasında köndələn yıxılan cücənin qızarmış budundan yapışdı. B.Talıblı. Qapıdan...
|
BUTERBROD (ID - 5356)is. [alm.] Üzərinə yağ və s. sürtülmüş, yaxud pendir, kolbasa və s. qoyulmuş çörək. Xosrovbəyli ilə bufetə çıxdıq, o məni buterbroda, qəhvəyə qonaq elədi. Mir Cəlal.
|
BUTƏ (ID - 5357)[fars.] bax buta2#. [Molla İbrahim Xəlil:] Molla Həmid, çadırdan tez zərgər kürəsini butəsi ilə, kiçik körük ilə çıxar, gətir! M.F.Axundzadə.
|
BUTULKA (ID - 5358)[rus. бутылка] dan. İçinə maye tökmək üçün boğazı dar şüşə. Sirkə butulkası. Şərab butulkası. Butulka zavodu. - [İsgəndər:] Amma o pulları aparıb.. versəydin, sənə iki butulka araq verərlərdi. C.Məmmədquluzadə. Ortalıqda...
|
BUY1 (ID - 5359)nida. Heyrət, təəccüb bildirir (bəzən qoşa şəkildə işlənir). [Qəmərbanu:] Buy, niyə ay Xavər xanım, sənin kimi cavan, göyçək xanıma bu tulanbar yaraşmır. M.İbrahimov.
|
Bu səhifə dəfə baxılıb