BURUNis. 1. İnsan və heyvanın üzündə iybilmə və tənəffüs orqanı. Dik burun. Düz burun. Yastı burun. Burun pərdəsi (burun deşiklərinin arasındakı pərdə).
Müxtəlif şeylərin, alətlərin və s.-nin uc tərəfi, irəli çıxan hissəsi. Çəkmənin burnu. Dəhrənin burnu. Külüngün burnu. □ Burun vurmaq - tənəklərin uclarını kəsmək. coğr. Qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi. Zığ burnu. Ümid burnu. Bakının cənub tərəfində dənizə doğru uzanan iki burun vardır. H.Sarabski. Burnu qanamamaq - heç bir zərər görməmək. [Əbülhəsən bəy:] Müvəffəq olduq, bir nəfərin də burnu qanamadı, yenə də silahları və patronları aparıb .. təhvil verdik. M.S.Ordubadi. İnsanların bu mübarizliyi mal-qaranı fəlakətdən xilas etdi. Bir buzovun da burnu qanamadı. R.Rza. Burnu ovulmaq - cəzalanmaq. [Müəllimə:] Hərijin nə burnu ovuldu! Mir Cəlal. Burnundan düşmək - tamamilə oxşamaq, eyni olmaq. Burnundan gəlmək - ziyan görmək, zərər çəkmək, xeyrini görməmək, çox pis nəticələnmək. Burnunu ovmaq - cəzalandırmaq. [İbrahim xan:] Kəlbəli qudurub, məni tanımaq istəmir. Onun burnunu ovmaq lazımdır. Çəmənzəminli. Burnunu yuxarı tutmaq iddialanmaq, lovğa olmaq, təşəxxüs satmaq, başqalarına xor baxmaq. Burnunun ucu göynəmək - əldə edilə bilməyən bir şeyi çox arzu etmək, həsrətini çəkmək. Burnunun ucunda - lap yaxmlıqda. Paylaşın - Hamı bilsin
|