BURULMAQf. 1. Buruq düşmək, buruq hala gəlmək. Məftil buruldu. İp buruldu.
// Qıvrılmaq, dalğavari, şəkildə getmək, axmaq. Camaat möhkəm və uca.. bəndin üstünə çıxıb gəzinirdi, ağzı qayıtmış Kürün burulaburula (z.) axıb getməyinə tamaşa edirdi. Mir Cəlal. Burum-burum qalxmaq, burula-burula çıxmaq. Qüdrət, burula-burula (z.) havaya qalxaraq .. gözlərinin qabağında dumanlanan göyümtül papiros tüstüsünü üfürüb dağıtdı. M.Hüseyn. Gedərkən başqa tərəfə dönmək, çevrilmək, istiqamətini dəyişmək. Həyət qapısından girən kimi sola burulmaq və .. aşağı enmək lazım gəldi. M.İbrahimov. \Əjdər] bu sözlərdən sonra sağa burularaq getdi. S.Rəhman. \Kompozitor] küçənin tinini burulanda.. bir adamla qarşılaşdı. İ.Əfəndiyev. Paylaşın - Hamı bilsin
|