BUTALIsif. Üstündə buta olan; naxışlı, güllü. Butalı parça. Butalı dəsmal. - [Məşədi Heydər] qolunu çırmalayıb, qırmızı butalı nimçənin ortasında köndələn yıxılan cücənin qızarmış budundan yapışdı. B.Talıblı. Qapıdan içəri girən kimi iri və dördkünc bir stol üstündə göy butalı ağ süfrə nəzərə çarpır. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|