BARİZ (ID - 3058)sif. [ər.] Aşkar, aydın, əyani, qabarıq, gözəçarpan. Bariz dəlillər. - Atanın bu xasiyyətləri qızı ilə qarşılaşdığı zaman daha bariz bir şəkildə meydana çıxır. M. Arif.
|
BARJ (ID - 3059)[fr.] Yastıdibli, enli, adətən yedəkdə aparılan böyük yük gəmisi. Beş motorsuz barj motorlu gəmiyə çevriləcəkdir. (Qəzetlərdən).
|
BARKAROLA (ID - 3060)[ital.] Venetsiya qayıqçılarının mahnısı.
// Çalınmaq, ya oxunmaq üçün bu mahnı üslubunda yazılmış musiqi əsəri. Çaykovskinin barkarolası. |
BARKAS (ID - 3061)[holl.] Liman daxilində işləyən kiçik buxar gəmisi, yaxud mühərrikli gəmi. Ən uşaqlıqdan möhnətə adət etmiş Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda, özü üçün bir barkas alıb işləməyə şüru etdi. S.M.Qənizadə....
|
BARKEŞ (ID - 3062)sif. [fars.] köhn. Yükdaşıyan; yükçəkən; ağır şeyləri daşıyan, qaldıran (adətən klassik şeirdə dərdə, möhnətə, mənəvi əzablara dözən mənasında). Dərdü qəm barkeşiyəm, köhnə peşənkəm sənə nə? Aşıq Hüseyn.
|
BARLANMA (ID - 3063)“Barlanmaq”dan f.is.
|
BARLANMAQ (ID - 3064)f. 1. Meyvə (bar) gətirmək, məhsul gətirmək.
məh. Kiflənmək, bar bağlamaq (bax bar3 |
BARLI (ID - 3065)sif. 1. Meyvəli, məhsullu, bargətirən, meyvəverən. Əlinlə qurduğun barlı bağçalar; Tufanlar qopsa da saralıb solmaz. S.Vurğun.
Gəlirli, xeyirli, mənfəətli, səmərəli. |
BARMAQ (ID - 3066)is. 1. İnsanın və bəzi heyvanların əl və ayaqlarının qurtaracağındakı beş mütəhərrik üzvdən hər biri. Baş barmaq. Şəhadət barmağı. Orta barmaq. Adsız barmaq. Çeçələ barmaq. Barmaqlarının ucunda (yavaşca, ayaqlarının...
|
BARMAQARASI (ID - 3067)barmaqarası baxmaq fikir verməmək, saymamaq, xor baxmaq, əhəmiyyət verməmək, laqeyd baxmaq.
|
BARMAQCIQ (ID - 3068)“Barmaq”dan kiç.
|
BARMAQCIL (ID - 3069)is. 1. Barmağa taxılan bəzək şeyləri (üzük).
2. Bax barmaqçalıq. |
BARMAQÇA (ID - 3070)b ax barmaqçalıq.
|
BARMAQÇALIQ (ID - 3071)is. 1. Bax barmaqlıq
2. Qaşsız üzük (keçmişdə baş barmağa taxardılar). |
BARMAQHESABI (ID - 3072)dan. 1. sif. Barmaqla sayılan, hesablanan. Barmaqhesabı hesablamaq.
□ Barmaqhesabı göstərmək - hesabda aldatmaq, kələk gəlmək. is. Heca vəzninin danışıqda işlənən adı. |
BARMAQLAMA (ID - 3073)“Barmaqlamaq”dan f.is.
|
BARMAQLAMAQ (ID - 3074)f Barmağını toxundurmaq, barmağını batırmaq; barmaqla götürüb yemək. Uşaqlar balı barmaqlaya-barmaqlaya (z.) qurtardılar.
|
BARMAQLANMAQ (ID - 3075)“Barmaqlamaq”dan məch.
|
BARMAQLI (ID - 3076)sif. Barmaqları olan. Barmaqlı əlcək.
|
BARMAQLIQ (ID - 3077)is. 1. Ağacdan, dəmirdən və ya məftildən qayırılmış tor, hörgü. Pəncərə barmaqlığı. Balkon barmaqlığı. Bağça barmaqlığı. - [Fərhad] cəld ayağa durub, dəmir barmaqlığa yanaşdı. M.Hüseyn. Dayadıq alnımızı dəmir barmaqlıqlara;...
|
BARMAQSIZ (ID - 3078)sif. Barmağı, yaxud barmaqları olmayan. Barmaqsız əl.
|
BARMAQVARİ (ID - 3079)sif. Barmağa oxşayan, barmağa bənzər.
|
BAROKKO (ID - 3080)[ital.] XVI-XVIII əsrlərdə Avropada yayılmış çox təmtəraqlı incəsənət (memarlıq) üslubu.
|
BAROQRAF (ID - 3081)[yun.] Öz-özünə yazan barometr; hava təzyiqini avtomatik surətdə və arasıkəsilmədən qeyd edən cihaz.
|
BAROMETR (ID - 3082)[yun.] Hava təzyiqini ölçmək, onun dəyişəcəyini qabaqcadan bilmək və dəniz səthinə nisbətən yerin səviyyəsini müəyyən etmək üçün cihaz. Ruzgarın pişəzvəqt dəyişilməsini bilməkdən ötrü bir alət ixtira ediblər ki, adına...
|
BAROMETRIK (ID - 3083)sif. 1. Barometr ilə ölçülən (müəyyən edilən). Barometrik təzyiq.
Hava təzyiqinə aid və onunla əlaqədar olan. |
BARON (ID - 3084)[fr.] Qərbi Avropada və bolşevik inqilabına qədər Rusiyada qrafdan aşağı zadəgan rütbəsi və bu rütbənin sahibi olan adam. Piqasov Rudinə müraciətlə sözə başladı: - İcazə verin, soruşum, cənab baronun göndərdiyi məqalənin...
|
BARONESSA (ID - 3085)[fr.] Baron arvadı, ya qızı.
|
BARONLUQ (ID - 3086)is. Baron rütbəsi.
|
BARRİKADA (ID - 3087)[fr.] Küçə vuruşmasında inqilabi kütlələrin müxtəlif iri şeylərdən (şalban, içi torpaqla dolu kisələr, daş, ağac və s.-dən) düzəltdikləri səngər; küçə səngəri. Barrikada vuruşmaları. Barrikada düzəltmək. - Barrikadaları...
|
BARSIZ (ID - 3088)sif. 1. Meyvəsiz, məhsulsuz. Barsız ağaca daş atmazlar. (Ata. sözü).
2. məc. Səmərəsiz, xeyirsiz, faydasız. |
BARSIZLIQ (ID - 3089)is. 1. Meyvəsizlik, məhsulsuzluq.
2. məc. Səmərəsizlik, xeyirsizlik, faydasızlıq. |
BARVERİCİ (ID - 3090)sif. Meyvə verən, bar verən, bəhər verən, məhsuldar.
|
BAS (ID - 3091)[ital.] mus. 1. Ən bəm kişi səsi.
// Belə səsi olan müğənni. Çoxsəsli musiqi əsərinin ən alçaq səslə ifa edilən hissəsi. Ən aşağı registrdə səslənən musiqi alətləri. // Musiqi alətinin aşağı səs çıxaran... |
BASABAS (ID - 3092)is. Basırıq, qələbəlik, tünlük; sıxıntıda bir-birini yana basma, sıxma, sıxcalama. Axşam saat on birdə Məşədi Kazım ağa gəldi, basabasda başmağının bir tayı ilə bərabər börkünü itirmişdi. M.S.Ordubadi. Vaqonlarda basabas...
|
BASARAT (ID - 3093)dan. bax bəsirət.
□ Basaratı bağlanmaq - görə bilməmək, seçə bilməmək, duya bilməmək; qafil olmaq, həqiqəti görməmək. |
BASBAS (ID - 3094)is. məh. Yaş meyvələri, ya yağlı dənləri sıxıb, suyunu və ya yağmı çıxaran alət; çənçərə.
|
BAS-BOŞ (ID - 3095)is. xüs. Neft quyuları qazıldığı və ya təmir edildiyi zaman boru, ştanq və s.-ni quyuya endirib qaldırma prosesini bildirən söz, istilah. Yoxlayıcının quyuda işləməsi qazıma borularının bas-boş edilməsi ilə və içərisinə metal...
|
BASDA(LA)MA (ID - 3096)“Basda(la)maq”dan f.is.
|
BASDA(LA)MAQ (ID - 3097)dan. b ax basmaq 2-ci mənada. [Şofer] lakin Xəlildən cavab almayıb, onu basdalamaq istəyirmiş kimi, maşını düz onun üstünə sürdü. M.Hüseyn.
|
BASDALANMAQ (ID - 3098)bax basılmaq.
|
BASDI-KEÇDİ (ID - 3099)is. dan. Zorbazorluq, hərkihərkilik, qanunsuzluq, başlı-başmalıq.
|
BASDI-KƏSDİ (ID - 3100)is. Yalandan özünü qoçaq, igid göstərmə; gop, gopçuluq.
|
BASDIRIQ (ID - 3101)is. dan. 1. Bax basırıq.
2. Dar gün üçün gizlədilmiş pul, şey və s. O deyir ki, gec-tez mülklərinin hamısını qaytaracaqlar, heç qaytarmasınlar. Basdırığım sağ olsun.. N.Vəzirov. |
BASDIRILMA (ID - 3102)“Basdırılmaq”dan f.is.
|
BASDIRILMAQ (ID - 3103)“Basdırmaq”dan məch.
|
BASDIRMA1 (ID - 3104)is. 1. “Basdırmaq”dan f.is.
2. Soğan, istiot və duza qoyulmuş ət və bu ətdən hazırlanan xörək. // Ümumiyyətlə, qovrulub, ehtiyat üçün qışa saxlanılan ət. |
BASDIRMA2 (ID - 3105)is. məh. Doqqazların yan tərəfində yerə basdırılan deşikli ağac.
|
BASDIRMAQ (ID - 3106)f 1. Əkmək, sancmaq. Ağac basdırmaq. Dirək basdırmaq. - [Fəxrəddin:] Çox pakizə .. sübh tezdən hamısını basdıraram. N.Vəzirov.
Quyulamaq, torpağa gömmək. Ölü basdırmaq. - Biz onu [Azadı], öz vəsiyyətinə görə, uca bir yerdə... |
BASDIRMIŞ (ID - 3107)“Basdırmaq”dan f.sif.
|
Bu səhifə dəfə baxılıb