BASABASis. Basırıq, qələbəlik, tünlük; sıxıntıda bir-birini yana basma, sıxma, sıxcalama. Axşam saat on birdə Məşədi Kazım ağa gəldi, basabasda başmağının bir tayı ilə bərabər börkünü itirmişdi. M.S.Ordubadi. Vaqonlarda basabas idi. Mir Cəlal.
// Qarışıqlıq, nizamsızlıq, pozğunluq, hay-küy. Basabas düşdü. Basabas eləmək. Paylaşın - Hamı bilsin
|