BOŞQAB (ID - 4859)is. İçinə xörək və s. tökmək üçün çinidən, saxsıdan, metaldan və s.-dən qayrılmış qab; nimçə. Dərin boşqab. Dayaz boşqab. Naxışlı boşqab.
|
BOŞLAMA (ID - 4860)“Boşlamaq”dan f.is.
|
BOŞLAMAQ (ID - 4861)f. 1. Buraxmaq, vaz keçmək, əl çəkmək. [Kərim:] Yəni bunu deməkdə qərəzin nədir? İstəyirsən ki, mən səni boşlayım, qaçasan? M.F.Axundzadə. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora. M.Ə.Sabir. [Səlim:] Ürəyimə yatan...
|
BOŞLANMAQ (ID - 4862)bax boşalmaq 1-ci mənada. Qoşun qaçdı, boşlandı meydani-cəng; Bütün getdiyəğmayə topü tüfəng. M.Ə.Sabir.
|
BOŞLUQ (ID - 4863)is. 1. Boş yer, boş sahə. Bura başdan-başa boşluqdur. - Sahil boyu seyrək meşəlik və əngin bir boşluq idi. S.Rəhimov.
// Məsamə, xırda deşik, oyuq. Külli miqdarda neft və qaz, yalnız böyük həcmdə boşluqları, yəni müəyyən,... |
BOT (ID - 4864)[fr.] Boğazlı qaloş. Uşaq botu. Qadın botu.
|
BOTANİK (ID - 4865)[yun.] Botanika mütəxəssisi, nəbatatçı. Aşkara çıxarılmış dərman bitkiləri botaniklər .. tərəfindən öyrənilərək, tibb praktikasına daxil edilməkdədir. Əliyev.
|
BOTANİKA (ID - 4866)[yun.] Bitkilər haqqında elm; nəbatat elmi.
|
BOTİNKA (ID - 4867)[fr.] Alçaq boğazlı, ya boğazsız kişi, qadın və uşaq ayaqqabısı. [Teymurun] əynində boz rəngli nazik parçadan şalvar-köynək, ayağında isə qalın padoşlu soldat botinkası vardı. M.Hüseyn.
|
BOY1 (ID - 4868)is. 1. Bədənin uzunluğu; qədd, qamət. Boyu uca adam. Boyu qısa. Sənin boyda. Bir boyda. - Bir balaca boyu var, ev dolusu toyu var. (Tapmaca).
// Bədən quruluşu, bədəndə tənasüb. O qadının heç boyu yoxdur. Ümumiyyətlə, uzunluq.... |
BOY2 (ID - 4869)is. folk. Dastanlarda müəyyən hadisəyə həsr edilmiş fəsil, hissə. “Dədə Qorqud” boyları. Dəli Domrul boyu.
|
BOY3 (ID - 4870)bax boymadərən.
|
BOY4 (ID - 4871)nida. Qorxu, səksənmə, təəccüb bildirir. Boy, ilana bax, gör nə uzundur!
|
BOYA (ID - 4872)is. 1. Bir şeyə müəyyən rəng vermək, bir şeyi boyamaq, yaxud rəsm çəkmək üçün işlədilən rəng maddəsi. Qırmızı boya. Yağlı boya. Sulu boya. - Gülnaz gülərək, yerindən cəld qalxdı, iplərin boyalarına bulaşmış barmaqları...
|
BOYABOY (ID - 4873)zərf 1. Bir şeyin boyunda, uzunluğunda; boyca uyğun. Həmin uzun evin ortası üçün boyaboy miz düzəlmiş və yanlarına isə yerə bərkidilmiş skamyalar qoyulmuşdur. S.Rəhimov.
2. Başdan-başa, uzununa. Sahil pəncərəmizdən boyaboy... |
BOYADILMA (ID - 4874)“Boyadılmaq”dan f.is.
|
BOYADILMAQ (ID - 4875)məch. Boyaq çəkdirilmək, rəngləndirilmək, rəng çəkdirilmək.
|
BOYAXANA (ID - 4876)is. [fars.] Parça, ip və s. boyamaqla məşğul olan karxana, müəssisə.
|
BOYAKAR (ID - 4877)is. Boya ilə şəkil çəkən rəssam. Nuxa Xan sarayının divar təsvirləri müxtəlif zamanlarda yaşayıb-yaratmış müxtəlif boyakar rəssamların əsərləridir. Salamzadə.
|
BOYAKARLIQ (ID - 4878)is. Boya ilə şəkil çəkmə işi, sənəti.
|
BOYAQ (ID - 4879)is. 1. Bax boya 1-ci mənada.
bot. Kökündən boyayıcı maddə hasil edilən bitki. |
BOYAQÇI (ID - 4880)is. Boyaqçılıqla məşğul olan adam.
|
BOYAQÇILIQ (ID - 4881)is. İp, parça və s. boyama işi, sənəti. Boyaqçılıqla məşğul olmaq.
|
BOYAQXANA (ID - 4882)bax boyaxana. Uşağı boyaqxanaya gətirib, boyaqxanaçıya onun üz-gözünü boyatdırardılar. H.Sarabski.
|
BOYAQLI (ID - 4883)sif. Boyanmış, rənglənmiş. Boyaqlı bez.
|
BOYAQOTU (ID - 4884)is. bot. Başlıca olaraq dağlıq yerlərdə bitən çoxillik ot bitki.
|
BOYAQSIZ (ID - 4885)sif. Boyanmamış, rənglənməmiş. Boyaqsız parça.
|
BOYALAMA (ID - 4886)“Boyalamaq”dan f.is.
|
BOYALAMAQ (ID - 4887)bax boyamaq.
|
BOYALI (ID - 4888)sif. 1. Boyanmış, rənglənmiş, rəngli; boya sürtülmüş. Boyalı kağız. - [Kişinin] qara boyalı bığlarının ətrafındakı dərin cizgilər gah bu füsunkar mənzərə qarşısında xəfiflənir, gah da dərinləşərək ağır qayğılar...
|
BOYALIQ (ID - 4889)is. Boyaq bitən yer (b ax boyaq
ci mənada). |
BOYALILIQ (ID - 4890)is. Boyalı şeyin halı.
|
BOYAMA (ID - 4891)“Boyamaq”dan f.is.
|
BOYAMAQ (ID - 4892)f. 1. Bir şeyi boyağa salaraq və ya bir şeyə boya sürtərək ona müəyyən bir rəng vermək; rəngləmək. Bezi boyamaq. Qapıları boyamaq. Saçlarını boyamaq.
// Məc. mənada. Meşənin üzərində bir yaylaq qızartısı artır, getdikcə... |
BOYANA (ID - 4893)is. bot. Cirə; təbabətdə və kulinariyada istifadə olunan ətirli bitki.
|
BOYANALI (ID - 4894)sif. Boyana vurulmuş. Hər adama bir məcməyi verildi və hər məcməyidə bir boşqab boyanalı plov, üstündə quzu soyutması, yanında da sarımsaqlı qatıq və bağır-beyin vardı. Çəmənzəminli.
|
BOYANMA (ID - 4895)“Boyanmaq”dan f.is.
|
BOYANMAQ (ID - 4896)f. 1. Rənglənmək, boya ilə örtülmək, boya qəbul etmək. Parça yaxşı boyanır.
// Məc. mənada. Hər yer batan günəş şöləsi ilə boyanmışdı. - Yer üzü qırmızımtraq bir rəngə boyanırdı. Ə.Əbülhəsən. Batmaq, bulanmaq.... |
BOYANMIŞ (ID - 4897)f.sif. 1. Boyağa salmmış, yaxud boya çəkilmiş; rənglənmiş. Boyanmış bez. Boyanmış parça.
2. Üz-gözünə boya sürtmüş, sifəti, qaşları boyalı. |
BOYAR (ID - 4898)[rus. бояр sözündən] tar.
Moskva dövlətində yüksək rütbə və bu cür rütbəsi olan şəxs. 2. Qədim Rusiyada və Moskva dövlətində hakim sinfin yuxarı təbəqəsinin nümayəndəsi olan iri mülkədar. |
BOYARLIQ (ID - 4899)is. tar. 1. Boyar rütbəsi.
2. top. Boyarlar. |
BOYASIZ (ID - 4900)sif. 1. Boyası olmayan, rəngsiz, rəng çəkilməmiş.
məc. Təmiz, saf. |
BOYATDIRMA (ID - 4901)“Boyatdırmaq”dan f.is.
|
BOYATDIRMAQ (ID - 4902)icb. Boya (rəng) çəkdirmək, rənglətmək.
|
BOYATMA (ID - 4903)“Boyatmaq”dan f.is.
|
BOYATMAQ (ID - 4904)icb. Boyağa vermək, rəng (boyaq) çəkdirmək, rənglətmək. Bezi boyatmaq.
|
BOYAYICI (ID - 4905)sif. Boyayan, rəngləyən; tərkibində boya maddəsi olan. Boyayıcı maddələr.
|
BOY-BUXUN (ID - 4906)is. Qədd-qamət, boy, bədən quruluşu. Onun boy-buxunu yaxşıdır. - Səməd dayı otağın yuxarı başında bığlarını burmuş, oturub Nadirin boy-buxununa baxırdı. B.Talıblı. O boy-buxun gözlərimə dəyəndə; Xəstə ruhum təzələnir,...
|
BOY-BUXUNLU (ID - 4907)sif. Yaxşı boyu, qaməti, gözəl bədən quruluşu olan; qədd-qamətli, təndürüst. Xanın bütün diqqəti yuxarı başda əyləşmiş qartal burunlu, şahbaz baxışlı, çevik hərəkətli və boy-buxunlu Omər xanda idi. Çəmənzəminli. Bir...
|
BOY-BUXUNLULUQ (ID - 4908)is. Boy-buxunlu olma; qamətlilik, təndürüstlük.
|
Bu səhifə dəfə baxılıb