BAŞAQLAMAQ (ID - 3158)bax başaqlanmaq.
|
BAŞAQLANMA (ID - 3159)“Başaqlanmaq”dan f.is.
|
BAŞAQLANMAQ (ID - 3160)f Başaq hasil etmək, sünbüllənmək, sünbül bağlamaq. Əkinlər bütün başaqlanıbdır.
|
BAŞAQLI (ID - 3161)sif. Sünbüllü, başağı olan (əkin haqqında).
|
BAŞALTI (ID - 3162)is. 1. Yastıq, balış; baş altına qoyula bilən hər bir şey.
Odun doğrayanda, ya yaranda onun altına qoyulan iri, yoğun bərk ağac parçası. |
BAŞ-AYAQ1 (ID - 3163)zərf 1. Tamamilə, başdanayağa, büsbütün, başdan-ayağa qədər. Kafirə bax! Gör nə bədimandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu. M.Ə.Sabir.
Tərs(əsinə), əksinə, başı ayağına və ayağı başına tərəf. Baş-ayaq yatmaq.... |
BAŞ-AYAQ2 (ID - 3164)is. aşp. Kəlləpaça.
|
BAŞAYAQLILAR (ID - 3165)cəm zool. Molyusk tipli dəniz heyvanları sinfı. Demək olar ki, qabıqsız olan yumşaqbədənlilər də vardır, lakin bunların başlarında böyük əlcəkli barmaqlar inkişaf etmişdir. Bunlara başayaqlılar deyilir. “Zoologiya”.
|
BAŞ-BAŞA (ID - 3166)zərf Bir yerdə, yan-yana, bir-birinə sıxılaraq.
□ Baş-başa durmaq -bax baş-başa vermək 3 və 4-cü mənalarda. Baş-başa gəlmək - üz-üzə gəlmək, rastlaşmaq. Usta yarı yol getməmişdi, bir ayrı kişi ilə baş-başa verib toqquşdular... |
BAŞ-BEYİN (ID - 3167)is. bax baş 1-ci mənada.
□□ Baş-beyin getmək - səs-küydən, danışıqdan və s.-dən dəng olmaq, qulaqları tutulmaq, əziyyət çəkmək, təngə gəlmək. [Sübhanverdizadə:] Gör kim harada oturub, kişinin kabineti də yoxdur. Az... |
BAŞBİLƏN (ID - 3168)sif. dan. Başçı, ağsaqqal. Başbilənsiz iş olmaz. (Ata. sözü). İş başbilənsiz olmaz; Sər süfrə sənsiz olmaz! M.Ə.Sabir. [Tahirzadə:] Bu camaatın bir başbiləni, bu ölkənin bir sahibi yoxdurmu, ilahi! Mir Cəlal. [Alxan:] Bu cavan...
|
BAŞCIĞAZ (ID - 3169)“Baş”dan oxş.
|
BAŞCIQ (ID - 3170)is. Kiçik baş.
|
BAŞCIL (ID - 3171)sif. Başçılıq edən, rəhbər, əsas.
|
BAŞÇI (ID - 3172)is. Bir işin başında duran adam; rəhbər, sədr, rəis, böyük. Araz silahlı dəstə başçılarını təyin etdikdən sonra onlara müəyyən göstərişlər verib tüfəngləri payladı. A.Şaiq.
|
BAŞÇILIQ (ID - 3173) |
BAŞDAN (ID - 3174)zərf Əvvəl(in)dən, ibtida(sın)dan; təzədən, yenidən. Başdan danışmaq. Başdan oxumaq. Başdan başlamaq.
|
BAŞDAN-AYAĞA (ID - 3175)bax başdan-başa. Başdan-ayağa külli-vücudum oda yandı. Nəsimi. [Nurcahan:] Mən başdan-ayağa sirr dağarcığıyam. N.Vəzirov. [Əli bəy:] A kişi, heç kəsin sözünə qulaq asma. İstəyirsənsə oğlun adam olsun, şkolaya qoy. O ki qaldı...
|
BAŞDAN-BAŞA (ID - 3176)zərf Bütünlüklə, tamamilə, hər yeri, hər tərəfi; bütöv, tamam, səlt. Ət deyil, başdan-başa yağdır. Onun dedikləri başdan-başa səhvdir. Şəhərə başdanbaşa asfalt döşənmişdir. Dəniz başdan-başa buzlarla örtülmüşdür....
|
BAŞDANSOVDU, BAŞDANSOVMA (ID - 3177) |
BAŞDAŞI (ID - 3178)is. Qəbrin üzərində baş tərəfdə sancılan daş və s.-dən nişangah. Əsgər çox qədimdən qalmış hörgülərə, qalın barılara, sarı mamırlı başdaşılarına, üstü ağır qayalarla örtülmüş qəbiristanlığa təsadüf edirdi....
|
BAŞGİCƏL(LƏ)DİCİ (ID - 3179)sif. Adamın başmı gicəldən, dolandıran hər şey.
|
BAŞGİCƏLLƏNDİRƏN, BAŞGİCƏLLƏNDİRİCİ (ID - 3180)b ax başgicəl(lə)dici.
|
BAŞGİCƏLLƏNMƏ (ID - 3181)is. Müvazinət hissinin itməsi, gözlərin qaralması və başın fırlanması şəklində təzahür edən yarımbayğınlıq halı.
|
BAŞ-GÖZ (ID - 3182)bax baş 1-ci mənada. [Azad bəy:] Səfərqulu bəy həqiqəti bilib başgözünü əzdikdə, mən həkimin üstə yüyürməyəsiniz. S.S.Axundov.
□□ Baş-göz eləmək dan. - evləndirmək. |
BAŞIAÇIQ (ID - 3183)zərf və sif Başında heç bir şey olmadığı halda, papaqsız, başı örtüksüz. Başıaçıq gəzmək. - Səkkiz yaşında uşaq ikən kəndimizdə.. başıaçıq, ayaqyalın təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli...
|
BAŞIALOVLU (ID - 3184)bax başılovlu. Nənəqız başıalovlu bazarı axtarıb qızlarını tapdı. S.Rəhimov.
|
BAŞIAŞAĞA, BAŞIAŞAĞI (ID - 3185)1. zərf Başmı aşağı dikmiş halda, başmı aşağı salmış halda. Sərdar evlərinin qabağında bir daxmaya girib, səhərdən axşama kimi başıaşağı iynə vurmaqdadır. C.Məmmədquluzadə.
zərf Tərsinə dönmüş, baş tərəfı aşağıya... |
BAŞIBAĞLI (ID - 3186)sif. dan. 1. Ağzıbağlı, düyünlənmiş: örtülü, qapalı. Qəhrəman bu təzə düzələn dəftərxanaya girsə, yuxarıdan başıbağlı gələn kağızları açar, oxuyar, özü də o kişilərin elmlərini öyrənə bilər. S.Rəhimov.
Beh... |
BAŞIBATMIŞ (ID - 3187)sif. və is. dan. Söyüş,
qarğış yerində işlənən ifadədir. [Xırdaxanım:] Xeyir olmamış nə var, a başıbatmış! N.Vəzirov. [Cümşüd:] - Əlbəttə, xan! - dedi, bilirsən ki, bu başıbatmış dörd məlik mənim atamla da düşmənçilik... |
BAŞIBƏLALI (ID - 3188)sif Çox müsibət çəkmiş, daim bəla və uğursuzluğa rast gələn, həmişə əziyyət və zəhmətdə olan; talesiz, bəxtsiz (bəzən istehza və ya tənə ilə deyilir). Nə soxulmusan araya, a başıbəlalı fələ? Nə xəyal ilə olubsan belə...
|
BAŞIBƏRK (ID - 3189)sif. Sürülürkən başını saxlamaq çətin olan, yüyəni zorla idarə edilə bilən (at haqqında). Başıbərk at.
|
BAŞIBOŞ (ID - 3190)sif 1. Axmaq, sarsaq, səfeh, gic.
2. məh. Ərindən boşanmış; dul. |
BAŞIBÜTÖV, BAŞIBÜTÜN (ID - 3191)sif dan. Tamam, bütün, əl dəyməmiş, toxunulmamış.
|
BAŞIDAŞLI (ID - 3192)sif və is. dan. Bədbəxt, başıbəlalı, biçarə, yazıq, məzlum (bəzən qarğış, məzəmmət yerində işlənir). Məgər gözlüyün ixtirası və onun işlədilməsi də başıdaşlı kafırlərin işi deyilmi? M.F.Axundzadə. Ay başıdaşlı...
|
BAŞIDOLU (ID - 3193)sif dan. 1. Ağıllı, dərrakəli. [Mustafa bəy:] Çünki, doğrudan da, başıdolu oğlansan. Ə.Haqverdiyev.
məc. Məst, sərxoş, kefli. |
BAŞIDÜMÜK (ID - 3194)sif məh. Bir işlə (əsasən əyləncə ilə) başı qarışmış olan.
|
BAŞIƏTLİ (ID - 3195)sif dan. zar. Pullu, varlı, dövlətli.
|
BAŞIKÜLLÜ (ID - 3196)sif dan. Bədbəxt, yazıq, məzlum, fağır.
|
BAŞIQAPAZLI (ID - 3197)sif. və is. dan. Daim əzilən, təhqir edilən, köməksiz, müdafiəsiz, yazıq, fağır, məzlum, bədbəxt, aciz adam haqqında.
|
BAŞIQARLI (ID - 3198)sif Təpəsi qar ilə örtülü. Azərbaycanın bu gözəl guşəsində [Zaqatala qoruğunda] başıqarlı dağlara, qalın meşələrə, geniş çəmənlərə, qıjıltı ilə axan çaylara və şən quşlara baxdıqca, biz özümüzü əfsanəvi bir...
|
BAŞIQIRXIQ (ID - 3199) |
BAŞIQOTAZLI (ID - 3200)sif Başında qotaz olan, başına qotaz bağlanmış. [Məşədi Məmməd] əlində başıqotazlı təsbehini çevirərək, baqqal Əbdülhəsənin dükanına gəldi. B.Talıblı. Qız üçün başıqotazlı gümüş kərənaylar, üstü yumru süngərə...
|
BAŞILOVLU (ID - 3201)zərf Çox tələsik halda, təşviş və təlaş içində, həyəcan və iztirablı halda. Kişi yuxudan dik atıldı, başılovlu yazı stoluna sarı qaçdı. Mir Cəlal.
|
BAŞINAĞACI (ID - 3202)is. bot. Dağ-meşə rayonlarında bitən kol bitki.
|
BAŞINALIQ (ID - 3203)b ax başlı-başınalıq. Bəyəm dünya başınalıqdır? - deyə Safo ayağa qalxıb, kahanın başında o baş-bu başa gəzindi. S.Rəhimov.
|
BAŞIÖRTÜLÜ (ID - 3204)sif Başı bir şeylə örtülü.
|
BAŞIPAPAQLI (ID - 3205)is. dan. Kişi. Atlı əlindən yollardan keçmək olmur, kənddə-kəsəkdə başıpapaqlı qalmayıb, hamısını yığıblar. Çəmənzəminli. Tıntın Musanın nəvəsi ora gedə bilmədi. Atası ölmüş, evlərində başıpapaqlı bir özü qalmışdı....
|
BAŞIPOZUQ (ID - 3206)sif Heç bir nizam və intizama tabe olmayan, heç bir qaydaya riayət etməyən; nizamsız. Ətraf küçələr başıpozuq camaatla dolu idi. M.S.Ordubadi.
// İs. mənasında. Başıpozuqlar kimi belə nizamsız və dağınıq halda yeriyərək,... |
BAŞIPOZUQLUQ (ID - 3207)is. Nizamsızlıq, başlıbaşmalıq; heç bir nizam və qaydaya tabe olmadığı hal, vəziyyət. [Bülənd:] Bu nədir, belə də başıpozuqluq olarını? Ə.Əbülhəsən.
|
Bu səhifə dəfə baxılıb