BAŞIPAPAQLIis. dan. Kişi. Atlı əlindən yollardan keçmək olmur, kənddə-kəsəkdə başıpapaqlı qalmayıb, hamısını yığıblar. Çəmənzəminli. Tıntın Musanın nəvəsi ora gedə bilmədi. Atası ölmüş, evlərində başıpapaqlı bir özü qalmışdı. Qantəmir. Hüseyn indi bu evin yeganə başıpapaqlısıdır. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|