BAĞÇİYƏLƏYİ (ID - 2658)is. bot. Bostanda yetişdirilən iri çiyələk növü.
|
BAĞDAŞ (ID - 2659)bax bardaş.
|
BAĞDATI (ID - 2660)is. [xüs. is.-dən] 1. Suvaqla suvanmış tavan, səqf. Otağın bağdatısı uçulmuşdur.
2. Suvağı saxlamaq üçün arakəsmə divarlara və tavana vurulan ensiz taxtalar. |
BAĞIR (ID - 2661)is. 1. Qaraciyər.
Ürək, qəlb mənasında. Ey Füzuli, ol sənəm əfğanıma rəhm eyləməz; Daşə bənzər bağrı, təsir eyləməz əfğan ona. Füzuli. Edən qan qönçə tək bağrım o ləli-abidar olmuş. Nəbati. Oxuduqca şirin-şirin... |
BAĞIR-BADAŞ (ID - 2662)bax bağrıbadaş.
|
BAĞIRBEYİN (ID - 2663)is. aşp. Quzunun qaraciyəri ilə beynindən və ya quyruğundan hazırlanan xörək. Hər adama bir məcməyi verildi və üstündə quzu soyutması, yanında da sarımsaqlı qatıq və bağırbeyin vardı. Çəmənzəminli.
|
BAĞIRDAQ (ID - 2664)is. məh. Beşikdə uşağı bağlamaq üçün bağ; beşik bağı.
|
BAĞIRDAQLAMAQ (ID - 2665)f məh. Beşikdə uşağı bağırdaqla bağlamaq.
|
BAĞIRDƏLƏN1 (ID - 2666)sif Qorxudan, dəhşətə salan; dəhşətli, qorxunc.
|
BAĞIRDƏLƏN2 (ID - 2667)is. məh. Yulaf sünbülünə bənzər qılçıqlı ot.
|
BAĞIRIŞ (ID - 2668)is. Bağırma işi və tərzi.
// Nərə. |
BAĞIRIŞMA (ID - 2669)“Bağırışmaq”dan f.is.
|
BAĞIRIŞMAQ (ID - 2670)qarş. Səs-səsə verib qışqırmaq, hamı birdən çığırmaq, çığırışmaq; səs-küy qoparmaq, qalmaqal salmaq, çığırbağır salmaq. Uşaqlar bağırışırlar. - Hamımız bağırışaraq, kəkliyin arxasınca xeyli baxdıq. A.Şaiq.
|
BAĞIRQAN (ID - 2671)sif. Çox bağıran, qışqırıqçı.
// Ağlağan. |
BAĞIRMA (ID - 2672)“Bağırmaq”dan f.is.
|
BAĞIRMAQ (ID - 2673)f 1. Bərk qışqırmaq, çığırmaq. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq. [Səriyyə xala] bağırmaq, ağlamaq istəyir, bacarmırdı. M.İbrahimov. Xaspolad bir də ucadan bağırdı. M.Hüseyn.
... |
BAĞIRSAQ (ID - 2674)is. 1. anat. Həzm prosesində mühüm rol oynayan bədən üzvü, selikli, elastik borular şəklində olur.
□ Acı bağırsaq - bağırsaqların mədə ilə yoğun bağırsaq arasındakı hissəsi, nazik bağırsaq. Düz bağırsaq - bağırsaq... |
BAĞIRSAQBOŞLUQLULAR (ID - 2675)cəm, zool. Mədəsi, yaxud mədə rolunu oynayan qarın boşluğu olan ibtidai heyvanlar. Müxtəlif meduzalar, poliplər və mərcanlar bağırsaqboşluqlular adlanır.
|
BAĞIRSAQLIQ (ID - 2676)is. anat. Qarnın bağırsaqlar yerləşən hissəsi.
// İnsanın və ya heyvanın bütün bağırsaqları. |
BAĞIRSAQSIZ (ID - 2677)sif. Bağırsağı olmayan. Bağırsaqsız heyvanlar.
|
BAĞIRTI (ID - 2678)is. Çığırtı, nərə; bağırma səsi. Birdən Qaraca qızın qulağına ayının bağırtısı gəldi. S.S.Axundov.
// Səs-küy, qışqırtı, fəryad. Bağırtı salmaq. Bağırtı qoparmaq. [Əbülhəsən bəy:] Bir bağırtı eşitdim,... |
BAĞIRTMA (ID - 2679)“Bağırtmaq”dan f.is.
|
BAĞIRTMAQ (ID - 2680)icb. 1. Çığırtmaq, qışqırtmaq; bağırmasına səbəb olmaq.
2. Ağlatmaq. Uşağı bağırtmaq. |
BAĞIRYARAN (ID - 2681)bax bağırdələn1#. Çoban ona [düşmənə] qalxmağa fürsət verməyib, çomağı başına çırpdı və özü bağıryaran bir səslə qıy vurub, irəli şığıdı. M.Rzaquluzadə.
|
BAĞISTAN (ID - 2682)is. [fars.] Bağlıq, çoxlu bağ olan yer.
|
BAĞIŞLAMA (ID - 2683)“Bağışlamaq”dan f.is.
|
BAĞIŞLAMAQ (ID - 2684)f 1. Bir şeyi qarşılıqsız (əvəzsiz) olaraq başqasma vermək, hədiyyə etmək, peşkəş vermək. Atası öləndən sonra Niftalı ona torpaq da verdi, .. mal-qaradan pay ayırıb, bir at da bağışladı. İ.Şıxlı.
// məc. Bəxş etmək,... |
BAĞIŞLAN(IL)MAZ (ID - 2685)sif. Bağışlanıla bilməyən, bağışlanmağa layiq olmayan, əfvedilməz. Bağışlanılmaz nöqsan. Bağışlanılmaz günah. Bağışlanılmaz qüsur.
|
BAĞIŞLAN(IL)MAZLIQ (ID - 2686)is. Bağışlanıla bilməmə, əfv edilməzlik.
|
BAĞIŞLANMA (ID - 2687)“Bağışlanmaq”dan f.is.
|
BAĞIŞLANMAQ (ID - 2688)məch. 1. Qarşılıqsız (əvəzsiz) olaraq başqasma verilmək; hədiyyə edilmək, peşkəş edilmək.
Əfv edilmək, cəzadan azad edilmək, təqsirindən keçilmək. Günahı bağışlanmaq. |
BAĞIŞLATDIRMA (ID - 2689)“Bağışlatdırmaq”dan f.is.
|
BAĞIŞLATDIRMAQ (ID - 2690)bax bagışlatmaq.
|
BAĞIŞLATMA (ID - 2691)“Bağışlatmaq”dan f.is.
|
BAĞIŞLATMAQ (ID - 2692)icb. Bağışlanılmasma səbəb və ya vasitə olmaq.
|
BAĞLAMA (ID - 2693)is. 1. “Bağlamaq”dan f.is.
İçi dolu və ağzı bağlı kisə; çuval və s. Nigarançılığım bir az da artdı, özümü itirdim. Bağlamanın kəndirini dartıb qırdım. Mir Cəlal. Nəhayət, [müəllimə] qazıdığı quyudan bir böyük... |
BAĞLAMAQ (ID - 2694)f 1. İp və başqa materiallar vasitəsilə şeyləri bir-birinə rəbt etmək. Atları axura bağlamaq. Qayığı körpüyə bağlamaq. Toyuğun ayaqlarını bağlamaq.
// İp və s. ilə bir şeyi başqasma və ya bir neçə şeyi bir yerə rəbt... |
BAĞLAMÇA (ID - 2695)is. Kiçik bağlama.
|
BAĞLANMA (ID - 2696)“Bağlanmaq”dan f.is.
|
BAĞLANMAQ (ID - 2697)1. “Bağlamaq”dan məch. Həyətin küncündə, çardağın altında bir çılpaq ağ at bağlanmışdı. C.Məmmədquluzadə. Bahadır atlar bağlanan yerə gedib gördü ki, Novruz xoruldayır. N.Nərimanov.
// Bitmək, bitmiş olduğu elan... |
BAĞLANMIŞ (ID - 2698)“Bağlanmaq”danfsif Bağlanmış qıfıl. Bağlanmış idarə. Bağlanmış yara. Sahilə bağlanmış qayıq. - Hər iki gözü möhkəm bağlanmış bu heybədə ya fəsəli, ya da qoz halvası olmalı idi. M.Hüseyn.
|
BAĞLAŞMA (ID - 2699)is. 1. “Bağlaşmaq”dan f.is.
Müqavilənamə, şərtnamə. Bildiyimiz kimi, bir neçə MTS üçün zavod bağlaşma ilə kənd təsərrüfat alətləri təmir etmişdi. Ə.Əbülhəsən. Qabaqcadan bağlanan müqavilələrə əsasən kənd... |
BAĞLAŞMAQ (ID - 2700)qarş. 1. Şərtləşmək, bir-
biri ilə şərt bağlamaq, müqavilə bağlamaq; şərt kəsmək. Bu sözləri Cəlildən eşidəndə, haman adam dedi ki, yaxşı, mən razıyam, sabah gəlfilan notariusun kontoruna, orada bağlaşaq. İ.Musabəyov. Deyişmək,... |
BAĞLATDIRMA (ID - 2701)“Bağlatdırmaq”dan f.is.
|
BAĞLATDIRMAQ (ID - 2702)icb. İkinci şəxs vasitəsilə üçüncü şəxsə bağlatmaq.
|
BAĞLATMAQ (ID - 2703)icb. İkinci şəxs vasitəsilə bağlamaq.
|
BAĞLAYICI (ID - 2704)is. 1. Qrammatikada: cümlələri və ya cümlə üzvlərini bir-birinə bağlamaq üçün işlənilən köməkçi nitq hissəsi; məs.: və, ki, çünki, belə və s.
2. İki şeyi bir-birinə birləşdirən, bağlayan, əlaqələndirən vasitə və... |
BAĞLI (ID - 2705)sif. 1. İp, zəncir və s. ilə bağlanmış, rəbt edilmiş, bənd edilmiş. - Bağlı aslana dovşanlar da hücum edər. (Ata. sözü).
// Məc. mənada. [Həsənin] Dilaraya olan sevgisi həmişə bir əbədilik, daimilik hissi ilə bağlı idi.... |
BAĞLI-BAĞATLI (ID - 2706)sif. Bağları, yaşıllığı çox olan. Mərənd .. bağlı-bağatlı və çox dadlı meyvələri olan bir yerdir. M.İbrahimov. Gözəl təbiətli bağlı-bağatlı Lənkəran onları [artistləri] böyük hörmətlə qarşıladı. S.Rəhman.
|
BAĞLI-BAĞÇALI (ID - 2707)sif. Bağı, bağçası olan. 107 Ne-li ev bağlı-bağçalı bir hasarın lap dibində idi. Mir Cəlal.
|
Bu səhifə dəfə baxılıb