İzahlı lüğət

BAĞIRSAQ

is. 1. anat. Həzm prosesində mühüm rol oynayan bədən üzvü, selikli, elastik borular şəklində olur.
□ Acı bağırsaq - bağırsaqların mədə ilə yoğun bağırsaq arasındakı hissəsi, nazik bağırsaq. Düz bağırsaq - bağırsaq kanalının dal hissəsi, qurtaracağı. Kor bağırsaq - yoğun bağırsağın soxulcanşəkilli çıxıntısı olan qurtaracaq hissəsi. Onikibarmaq bağırsaq - insanın nazik bağırsağının bir hissəsi. Yoğun (qalın) bağırsaq - acı bağırsaqdan sonra gələn yoğun hissə.
İçərisindən su axıtmaq üçün rezin və ya brezent boru; şlanq.
□□ Bağırsaq, yaxud acı bağırsaq kimi (uzanmaq) - bir-birinin ardınca, arasıkəsilməz sıra ilə yerimək, gəlmək, keçmək; axırı, sonu olmayan, qurtarmaq bilməyən şey haqqında. Bağırsaqları qırılmaq (gülməkdən) - çox gülmək, gülməkdən qarnına sancı düşmək. Bizim pulemyotlar qaqqıldayanda sizinkilərin dovşan kimi qaçmaqlarını görsəydiniz, gülməkdən bağırsaqlarınız qırılardı. H.Nəzərli. Bağırsaqlarını yerə tökmək - öldürmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BOL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed