BAĞLIsif. 1. İp, zəncir və s. ilə bağlanmış, rəbt edilmiş, bənd edilmiş. - Bağlı aslana dovşanlar da hücum edər. (Ata. sözü).
// Məc. mənada. [Həsənin] Dilaraya olan sevgisi həmişə bir əbədilik, daimilik hissi ilə bağlı idi. M.İbrahimov. // Sarmmış, sarğılı. Bağlı göz. Bağlı baş. Bağlı qıç. Qıfıllı, kilidli, qapalı, qapağı və ya qapısı örtülmüş. Bağlı qapı. Bağlı sandıq. Bağlı şkaf - Bağlı qapıya xata dəyməz. (Ata. sözü). Bağı, qaytanı olan; qaytanlı. Bağlı tuman. Bağlı çəkmə. İşlənməz, keçilməz; hərəkətə yol verməyən, qabağına sədd çəkilmiş. Bağlı yol. Bağlı qapı. Bitmiş, qurtarmış. Sədr iclası bağlı elan etdi. Bax qapalı 5-ci mənada. Bağlı iclas. Bağlı məktəb. məc. Asılı, əlaqədar, əlaqəli. Məsələnin həlli böyük çətinliklə bağlıdır. Bu iş sənə bağlıdır. - [Səfərəli:] Xörəklərin yaxşı olması bağlıdır xərcə, xərc də bağlıdır nəqd pula. N.Vəzirov. Bahadırın atası qədim bəylərdən olub, dolanacağı ancaq mülklərinə bağlı idi. N.Nərimanov. [Mustafa xan:] Şəhərin zindəganlığı bağlıdır kəndlərə. Ə.Haqverdiyev. Bənd olmuş, vurulmuş; məftun. [Zalxa:] Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır? M.F.Axundzadə. is. Kağız, parça və s. içərisinə qoyulub bağlanmış şeylər; düyünçə, boğça. Qadın əlində böyük bir bağlı aparırdı. M.S.Ordubadi. Əl çamadanı boyda yüngülvari bağlını əlimə aldım. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|