BAL4 (ID - 2808)is. [ər.] köhn. Ürək, qəlb, könül.
|
BAL5 (ID - 2809) |
BAL6 (ID - 2810)is. [ər.] köhn. Böyük ağır çəkili su məməlisi; balina.
|
BAL7 (ID - 2811)is. [fr.] 1. Çeşidli təbiət hadisələrinin (küləyin, zəlzələnin və s.) gücünün ölçü vahidi.
2. Təhsil müəssisələrində bilik, əxlaq, çalışma dərəcəsini bildirən qiymət və ya qəbul zamanı alınan qiymətlərin məcmusunu... |
BALA (ID - 2812)1. is. Övlad, uşaq, oğul. Ana və bala. Balalara hədiyyə. - Bala baldan şirindir. (Ata. sözü). Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı ac-acına balalarının əhvalına alışırdı. S.M.Qənizadə. [Ana:] Qulaq asın,...
|
BALABACI (ID - 2813)is. dan. Qohum-əqrəba arasında hörmət üçün kiçiklər tərəfindən böyüklərə (qadınlara) müraciət (ad çəkməmək üçün işlənən söz).
|
BALABAN (ID - 2814)is. Nəfəslə çalınan qamışdan, ağacdan qayrılan sadə çalğı aləti; düdük, tütək. Döyüldü təblü naqarə, çalındı ney, balaban. A.Səhhət. Anası dinməz-söyləməz bunun [Həsənin] başının altından götürüb gizlətdiyi...
|
BALABANÇALAN, BALABANÇI (ID - 2815)is. Balaban çalan, tütək çalan. Aşıq Cəfər əlində saz, balabançı ilə çuxalarını çıxarıb durdular ayağa. Ə.Haqverdiyev. Dəfçalan, zurnaçı, balabançı, mütrüb də manqalın başında oturardı. H.Sarabski.
|
BALABANÇILIQ (ID - 2816)is. Balabançının işi, sənəti.
|
BALABİBİ (ID - 2817)is. məh. 1. Kiçik bibiyə verilən ad.
Gəlinlərə verilən ləqəb; gəlinciyəz. |
BALACA (ID - 2818)sif. 1. Həcmcə, boyca, ölçücə kiçik, xırda (böyük müqabili). Balaca barmaq. Balaca bina. Balaca otaq. Balaca qutu. Balaca adam. Balaca ağac. - Məcid indi torpaq payını almış və özünə balaca təsərrüfat düzəltmiş bir kəndli idi....
|
BALACABOY (ID - 2819)sif. Boyu alçaq, xırda. Balacaboy oğlan.
|
BALACACIQ (ID - 2820)is. Kiçicik. Xidmətçi arvad tələsik ona balacacıq, bükülü bir kağız uzatdı. Ə.Əbülhəsən.
|
BALACALANDIRMA (ID - 2821)“Balacalandırmaq”dan f.is.
|
BALACALANDIRMAQ (ID - 2822)bax balacalaşdırmaq. [Qara] özlüyündə belə deyirdi ki, .. yoxsa indiki zamanda at minmək desən heç raykom katibinə yaraşmır. Bəlkə də bu iş onu xırdalandırır və balacalandırır. S.Rəhimov.
|
BALACALANMA (ID - 2823)“Balacalanmaq”danf.is.
|
BALACALANMAQ (ID - 2824)bax balacalaşmaq.
|
BALACALAŞDIRILMA (ID - 2825)“Balacalaşdırılmaq”dan f.is.
|
BALACALAŞDIRILMAQ (ID - 2826)məch. Həcmcə, boyca, ölçücə balaca edilmək, kiçikləşdirilmək.
|
BALACALAŞDIRMA (ID - 2827)“Balacalaşdırmaq”dan fis.
|
BALACALAŞDIRMAQ (ID - 2828)f Kiçikləşdirmək, kiçiltmək, balaca etmək, xırdalatmaq. Həcmini balacalaşdırmaq.
// Daraltmaq. |
BALACALAŞMA (ID - 2829)“Balacalaşmaq”dan f.is.
|
BALACALAŞMAQ (ID - 2830)f Kiçilmək, xırdalanmaq, balaca olmaq. Həcmi balacalaşmaq.
O, azardan sonra lap balacalaşıbdır. - Xəlil onun irəliyə çıxmış qarnını ilk dəfə görürmüş kimi, diqqətlə baxdı: - Başın hər gün balacalaşır, qarnın böyüyür,... |
BALACALATMA (ID - 2831)“Balacalatmaq”dan f.is.
|
BALACALATMAQ (ID - 2832)bax balacalaşdırmaq.
|
BALACALIQ (ID - 2833)is. 1. Həcmcə, boyca, miqdarca, sayca kiçiklik, xırdalıq, azlıq; balaca şeyin halı.
2. Uşaqlıq, körpəlik. Balacalığında çox nadinc idi. Balacalığına baxma, çox zirəkdir. - Yusif Qaraca qızın tərsliyinə təəccüb edib, arvadına... |
BALACANLI (ID - 2834)sif. Öz uşaqlarını həddən artıq sevən, uşaqcanlı. Mən bu qədər balacanlı adam görməmişəm, - deyə Gümüş gəlin öz-özünə danışırdı. S.Rəhimov.
|
BALACIQ (ID - 2835)“Bala”dan oxş. Balacığım, harada idin? Əziz balacığım.
|
BALADADAŞ (ID - 2836)is. məh. Təzə gəlinin kiçik qaynına verdiyi ləqəb.
|
BALADƏMİR (ID - 2837)is. məh. Xam gönü aşılamağa məxsus alət.
|
BALAƏMİ (ID - 2838)is. məh. Uşaqların kiçik əmilərinə verdikləri ad.
|
BALAĞAGİRƏN (ID - 2839)is. köhn. Fitilinə od vurduqda yerdə yana-yana fırlanan kiçik fişəng.
|
BALAQ1 (ID - 2840)is. Tumanın, şalvarın, dizliyin ayağa düşən tərəfi. Səhər-səhər yaz çağı; Köçür oba yaylağa; Gəlinlərin balağı; Batır lilə, batlağa. A.Səhhət. Həsənalı balağı dizindən azca aşağı bez tumanını buduna sıxaraq bərk-bərk...
|
BALAQ2 (ID - 2841)is. Camış balası, körpə kəlçə. ..Mürşüd camış balaqlarını suvarmaq üçün çaya aparmışdı. Ə.Vəliyev.
|
BALAQ3 (ID - 2842)is. məh. Qamışabənzər, içi boş, buğumlu yemlik bitki.
|
BALAQAN (ID - 2843) |
BALALAMA (ID - 2844)“Balalamaq”dan f.is.
|
BALALAMAQ (ID - 2845)f 1. Bala doğmaq. İnək balaladı.
2. məc. Artmaq, çoxalmaq, törəyib artmaq. Milçəklər balalayıblar. |
BALALAYKA (ID - 2846)is. [rus.] Üçsimli rus çalğı aləti. Bu kəşf ayrı-ayrı xalqlarda, əvvəlləri sadə və getdikcə təkmilləşən saz, tar, tənbur, dombra, balalayka .. kimi müxtəlif növlü bir çox simli musiqi alətlərinin yaradılmasını təmin etdi....
|
BALALI (ID - 2847)sif. Yanında balası olan. Balalı inək. Balalı qoyun. Balalı camış.
|
BALALIQ (ID - 2848)is. anat. Heyvanlarda rüşeymin inkişaf etdiyi daxili üzv.
|
BALANS (ID - 2849)[fr.\ 1. Mühasibatda: aktiv və passiv hesabların qalıqlarını göstərən və hər hansı bir təsərrüfat və ya müəssisənin müəyyən dövr ərzindəki maliyyə vəziyyətini əks etdirən ümumi cədvəl; gəlir və çıxarın müvazinəti....
|
BALAPUŞ (ID - 2850)is. [fars.] köhn. Üstdən geyilən paltar. Yarım nə gözəl geyinib, əlvan bəzənibdir; Balapuşu yaşıl. M.P.Vaqif.
|
BALATA, BALATI (ID - 2851)is. məh. Maya, xəmrə, acıtma.
|
BALBA (ID - 2852)is. məh. Cincilim, keşniş, qazayağı və bu kimi bitkilərdən hazırlanan yemək, sıyıq.
|
BALBAS (ID - 2853)is. İri qoyun cinsi.
|
BALBORANI (ID - 2854)b ax balqabaq.
|
BALÇI (ID - 2855)bax arıçı. Balçının var bal tası, odunçunun baltası. (Ata. sözü).
|
BALDIR (ID - 2856)is. Qılçanın dal tərəfində diz ilə topuq arasındakı ətli hissə. Zabit badam şivini
əlinə alıb, qızın çılpaq baldırına döyür, qışqırırdı. Mir Cəlal. |
BALDIRĞAN (ID - 2857)is. bot. İriyarpaqlı uzunboy zəhərli bir bitki. [Qəmər və Şamo] bir dəfə cır-cır bulağının kiçik şəlaləciyi altında baldırğandan dəyirman topu qayırıb işlətmiş(dilər). S.Rəhimov.
|