BALABANis. Nəfəslə çalınan qamışdan, ağacdan qayrılan sadə çalğı aləti; düdük, tütək. Döyüldü təblü naqarə, çalındı ney, balaban. A.Səhhət. Anası dinməz-söyləməz bunun [Həsənin] başının altından götürüb gizlətdiyi balabanı yenə də özünə qaytardı.
Talıblı. □ Yastı balaban - balabanın zərif səsli növü. Orkestrin tərkibində: tar, kamança, saz (simli alətlər); yastı balaban, tütək (nəfəsli alətlər); nağara, qaval (zərb ilə çalınan alətlər) kimi Azərbaycan xalq çalğı alətləri vardır. Ə.Bədəlbəyli. □□ Balabanda qandırmaq dan. - söz arasında incə işarələrlə başa salmaq. Paylaşın - Hamı bilsin
|