BAZARI (ID - 3358)sif Bazarda satılmaq üçün hazırlanmış, adətən aşağı keyfiyyətli. Bazarı çəkmə. Bazarı palto.
// Ümumiyyətlə, keyfiyyətsiz, səliqəsiz, davamsız, qaba, ucuz, çox sadə (mal haqqında). |
BAZARLAŞMA (ID - 3359)“Bazarlaşmaq”dan fis.
|
BAZARLAŞMAQ (ID - 3360)f 1. Alış-veriş zamanı qiymət üstündə danışaraq uzlaşmaq, sazişə gəlmək, qiymət kəsmək.
// məc. Mübarizə etmək, razı olmamaq, inad edərək şərtlər irəli sürmək. Bazarlıq etmək. |
BAZARLIQ (ID - 3361)1. is. Bazardan alınmış şeylər.
Bazarlıq etmək - 1) bazardan ev üçün lazımi şeylər almaq. [Nəbi ağa:] Özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var, gərək bazarlıq edəm. S.S.Axundov. Firəngiz bazarlıq edir, xörək... |
BAZBURUD (ID - 3362)is. [əsli fars. bad burut] dan.
Görkəm, boy-buxun, bədən quruluşu. [Qara xan:] Elə bazburudundan oxşayırsan; səni özümə ilxıçı edərəm. “Koroğlu” Yəhyənin dili gödək olacaq, “Nə bilim, - deyəcək, bazburuduna inandım... |
BAZBURUDLU (ID - 3363)sif. dan. Boylu-buxunlu, qədd-qamətli. Xəlil paşa belə bazburudlu oğlanları görüb mat qaldı. “Koroğlu”.
|
BAZEDOV (ID - 3364)[xüs. is.-dən]: bazedov xəstəliyi tib. - qalxanvari vəzinin fəaliyyətinin pozulması nəticəsində törəyən xəstəlik.
|
BAZI1 (ID - 3365)is. məh. 1. Xışın, cütün ulamadan kötüyə qədər olan hissəsi; qol.
İki zəmi, tarla arasında mərz; dikdir. Halqa, dairə. Üzük bazısı. |
BAZI2 (ID - 3366)is. [fars.] dan. Oyun, kələk, hiylə, biclik.
□ Bazı gəlmək - kələk gəlmək, biclik işlətmək. [Şərəfnisə xanım:] Bəsdir, Allahı sevirsən, bu bazıları mənə az gəl!.. M.F.Axundzadə. |
BAZI3 (ID - 3367)is. Çöl, quru düzənlik, səhra.
...bazlıq. Bəzi sözlərin sonuna gətirilərək, mürəkkəb isim düzəldilir; məs.: kələkbazlıq, hiyləbazlıq, oyunbazlıq və s. |
BAZİÇƏ (ID - 3368)is. [fars.] Oyuncaq. Böylə-böylə sözlərin mən olmaram baziçəsi; Olsun, olsun, qoy çox olsun, böylə ləzzətli həyat! M.Ə.Sabir. Uşaqcıqlar kimi baziçələrə aldanaraq; Mütəsəlli olar, istər daha artıq yaşamaq. A.Səhhət. Əxtərlər,...
|
BAZİRGAN (ID - 3369)is. [fars.] köhn. Tacir.
|
BAZİRGANBAŞI (ID - 3370)is. köhn. Tacirbaşı.
|
BAZİS (ID - 3371)is. [yun.] Müəyyən cəmiyyətin üstqurumunun real əsasmı təşkil edən ictimai istehsal münasibətlərinin məcmusu. Bazis və üstqurum.
|
BAZU (ID - 3372)is. [fars.] Qolun çiyindən dirsəyə qədər olan hissəsi; qol. Ol gümüş biləklər, şümşad bazular; Yada düşər, işim ahü zar olur. M. Vaqif. Nə çapırsan bu qədər dağları sən, ey Fərhad; Tələbi-vəsl məgər qüvvətibazu ilədir....
|
BAZUBƏND (ID - 3373)is. [fars.] 1. Qolbaq, bilərzik. Xədəmələr durar sağü solunda; Cavahir bazubənd iki qolunda. Nəbati. Bu halda şah, başında tac və əlində cavahirnişan toppuz, qolunda cavahir bazubəndlər .. taxta çıxıb oturdu. M.F.Axundzadə. Salıbsan...
|
BAZUÖNÜ (ID - 3374)is. anat. Qolun dirsək oynağından biləyə qədər olan hissəsi.
|
BE (ID - 3375)“B” hərfinin və bu hərflə işarə olunan səssizin adı.
// b ax bey. |
BECA (ID - 3376)bax bica
|
BECƏRİLMƏ (ID - 3377)“Becərilmək”dən icb.
|
BECƏRİLMƏK (ID - 3378)məch. Yetişdirilmək, bəslənib yetişdirilmək.
|
BECƏRMƏ (ID - 3379)“Becərmək”dən f.is. Becərmə işləri. - Xanpərinin də sahəsində becərmə gedir, pambıq seyrəlirdi. Ə.Vəliyev.
|
BECƏRMƏK (ID - 3380)f. Xidmət edərək, bəsləyərək yetişdirmək. Bağ becərmək. - [Heydər bəy:] Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. M.F.Axundzadə. Salman kişi Daşlıca ağzında bostan becərərdi....
|
BECƏRTMƏ (ID - 3381)“Becərtmək”dən f.is.
|
BECƏRTMƏK (ID - 3382)“Becərmək”dən icb.
|
BECİD (ID - 3383)zərf dan. Tez, yeyin, sürətli, cəld. Tez ol, becid gəl.
|
BEÇÇƏ (ID - 3384)bax beçə.
|
BEÇƏ (ID - 3385)is. [fars.] 1. Bala.
Çolpa, cavan xoruz. Siz sərv kimi sərkəş olub böylə boy atdız; İllik beçətək banlayaraq, xalqı oyatdız. M.Ə.Sabir. Dan atınca xoruz, beçələr banlar. A.Şaiq. Xalq ehtiyac içində əziyyət çəkdiyi zaman, Tərlan... |
BEÇƏDAN (ID - 3386)is. [fars.] Uşaqlıq, balalıq, ana qarnı.
|
BEÇƏXOR (ID - 3387)is. [fars.] Qadınların uşaqlıqlarında əmələ gələn bir xəstəliyin xalq arasında adı.
|
BEÇƏLƏMƏ (ID - 3388)f.is. Yeni əmələ gəlmiş ana arı və işçi arıların səbətdən çıxıb döl verməsi.
|
BEÇƏLƏMƏK (ID - 3389)f 1. Beçə vermək, özündən yeni arı dəstəsi ayırmaq. Arılar yayda beçələmişdir.
2. Zoğ atmaq, zoğlanmaq, yeni zoğ vermək. |
BEH (ID - 3390)is. [ər.] Bütün təəhhüdün, ya sifarişin yerinə yetirilməsini təmin etmək üçün işi icra edən şəxsə qabaqca verilən pul. Beh almaq. Beh vermək. Behi qaytarmaq (sövdəni pozmaq, dəbbələmək). - Faytonçu Mürsələ, üç yoldaş...
|
BEHBAZAR (ID - 3391)is. dan. Sözübütövlük, etibar, sövdə, vədədə doğruluq.
|
BEHBUD (ID - 3392)is. Qalın tiyəli, qında gəzdirilən iri bıçaq (silah).
|
BEHBUDLAMA (ID - 3393)“Behbudlamaq”dan f.is.
|
BEHBUDLAMAQ (ID - 3394)f. Behbudla vurmaq, behbudla yaralamaq.
|
BEHBUDLANMAQ (ID - 3395)məch. Behbudla vurulmaq, yaralanmaq.
|
BEHBUDLAŞMA (ID - 3396)“Behbudlaşmaq”dan f.is.
|
BEHBUDLAŞMAQ (ID - 3397)qarş. Bir-birini behbudla vurmaq, yaralamaq.
|
BEHİŞT (ID - 3398)is. [fars.] 1. Dini etiqadlara görə, bu dünyada savab iş görmüş adamların axirətdə səadət içərisində yaşayacaqları yer; cənnət. [Xortdan:] Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək?...
|
BEHİŞTLİK (ID - 3399)sif. və is. Dini nöqteyinəzərdən günahsız olduğu üçün behiştə layiq olan (ölən adama hörmət üçün deyilir).
Hacı, Allah atanı behiştlik eləsin. Ə.Haqverdiyev. |
BEHLƏMƏ (ID - 3400)“Behləmək”dən f.is.
|
BEHLƏMƏK (ID - 3401)f Beh vermək.
|
BEHLƏŞMƏ (ID - 3402)“Behləşmək”dən f.is.
|
BEHLƏŞMƏK (ID - 3403)qarş. Beh verib şərtləşmək, razılaşmaq, sazişə girmək, uzlaşmaq. Novruzqulu .. karvansaraya gedib, arabanı danışıb behləşərdi. H.Sarabski.
|
BEHLİ (ID - 3404)sif. Beh alınmış, behi verilmiş; satılmış.
|
BEHMAN (ID - 3405)dan. Adətən filan-behman şəklində işlənir (bax filan-behman).
|
BEKON (ID - 3406)is. [ing.] Hisə verilmiş və ya duzlanmış piysiz, cavan donuz əti.
|
BEL1 (ID - 3407)is. 1. Bədənin ortası, qurşaq bağlanan yeri. İncə bel. Beli ağrımaq. Belinə qayış bağlamaq. Belə qədər suya girmək. - Bu süngünü onlar sağ tərəfdən bel qayışlarından asmışdılar. Ə.Əbülhəsən. Belində qəbzəli xəncər...
|