BEL2 (ID - 3408)is. Sağ və ya sol yanında ayaqla basmaq üçün çıxıntısı olan uzun saplı qazma aləti. Dəmir bel. Bel ilə belləmək. - Ulduz həyətə girərkən [ana] hasarın yanında əlində bel yer qazırdı. Ə.Məmmədxanlı. Fəhlələr işə başladılar....
|
BELAĞACI (ID - 3409)is. məh. Arabaya qalanmış otun üstündən atılan uzun ağac.
|
BELBAĞI (ID - 3410)is. Belə bağlanılan hər şey (qayış, toqqa, qurşaq, kəmərbənd və s.). ..Belində gümüş körpülü belbağı, qıçında Çin ipəyindən şalvar olan qonşu oğlu .. yoldaşları ilə söhbətə gedərdi. H.Sarabski.
|
BELBAĞLAMA (ID - 3411)is. etnoqr. Keçmişdə gəlin köçürüldüyü zaman oğlanın yaxın qohumlarından birinin dəsmal və s. ilə gəlinin belini bağlama adəti. Belbağlamanın icrasından sonra, Kiçikbəyimin bir qoluna İbrahim xan, o birisinə Vaqif girib, kallayının...
|
BELÇİKALI (ID - 3412)is. Belçika əhalisinə mənsub adam.
|
BELETAJ (ID - 3413)[fr.] 1. Teatrın tamaşa salonunda parterdən yuxarı birinci yarus. [Yeni teatr binasında tamaşaçı yerlərinin] bir hissəsi beletaj şəklində 24 lojada yerləşdirilmişdir. “İncəsənət”.
2. Evin aşağıdan ikinci, adətən ən yaxşı... |
BELƏ (ID - 3414)əvəz. 1. Bu cür, bu təhər, bu kimi, bu sayaq. Mən belə adam görməmişəm. Belə işlərə yol vermək olmaz. - Fikirləşirəm, .. axırda yəqin edirəm ki, hələ gərək belə də olsun. M.Ə.Sabir. [Suraxanski:] Mən heç vaxt.. demərəm...
|
BELƏCƏ (ID - 3415)zərf Bunun kimi, bu cür, bu təhər, belə, tamamilə bu cür, bu qayda ilə, bu tərzdə. [Rüxsarə] beləcə düşünür və yorulmadan çalışırdı. S.Rəhimov. Beləcə, bir qədər dalğınlıqla çölə baxdıqdan sonra, birdən qadın gözlərini...
|
BELƏLİKDƏ (ID - 3416)zərf dan. 1. Belə olduqda, bu halda, əgər belə olsa. Beləlikdə mən sənə yoldaş deyiləm.
2. Bu vəziyyətdə, bu halda, bu qaydada. İş beləlikdə qaldı. |
BELƏLİKLƏ (ID - 3417)ara s. (bəzən “də” ədatı ilə işlənir). Bu qayda ilə, bu cür, demək (nəticə olan ikinci cümlənin əvvəlində işlənir). Beləliklə, Rüxsarə təbdən-təbə düşürdü. S.Rəhimov. Beləliklə də, Cuma iki gün yaxşıca istirahət...
|
BELİBAĞLI1 (ID - 3418)sif. Beli bağlı olan, beli qurşaq və s. ilə bağlanmış.
|
BELİBAĞLI2 (ID - 3419)is. zool. Qırğı böyüklükdə yırtıcı bir quş.
|
BELİBASIQ (ID - 3420)sif. dan. Belini yəhər vurmuş (minik heyvanı haqqında).
|
BELİBÜKÜK (ID - 3421)sif. Beli bükülmüş, qocalmış. Doxsan yaşlı belibükük bir kişi.
|
BELİƏYRİ (ID - 3422)sif. 1. Beli əyilmiş.
2. məc. Qoca, çox yaşlı adam mənasında. |
BELLETRIST (ID - 3423)[fr.] Belletristika əsərləri müəllifi.
|
BELLETRİSTİKA (ID - 3424)[fr.] Nəsr şəklində yazılmış bədii ədəbiyyat - romanlar, povestlər, hekayələr.
|
BELLƏMƏ (ID - 3425)“Belləmək”dən fis.
|
BELLƏMƏK (ID - 3426)f. Bel ilə qazımaq (torpağı). Payızda bağı belləmək xeyirlidir.
|
BELLƏNMƏ (ID - 3427)“Bellətmək”dən fis.
|
BELLƏNMƏK (ID - 3428)məch. Bel ilə qazılmaq.
|
BELLƏTDİRMƏK (ID - 3429)bax bellətmək.
|
BELLƏTMƏ (ID - 3430)“Belləmək”dən f.is.
|
BELLƏTMƏK (ID - 3431)icb. Bel ilə qazdırmaq (torpağı).
|
BELLİK (ID - 3432)is. məh. Bir baş su, müəyyən ölçüdə axar su.
|
BELORUS (ID - 3433)Belorusun (keçmiş Belorusiyanın) əsas əhalisini təşkil edən və dil cəhətdən şərqi slavyan xalqları qrupuna daxil olan xalq və bu xalqa mənsub adam.
|
BELORUSCA (ID - 3434)zərf Belorus dilində. 'Belorusca danışmaq.
|
BEMOL (ID - 3435)[ital.] mus. Səsi yarım ton alçaltmaq üçün not işarəsi.
|
BENEFIS (ID - 3436)[fr.] köhn. Teatr işçisi, yaxud artist xeyrinə verilən tamaşa, ya konsert.
// Artistin xidmətini, məharətini, əhəmiyyətini qeyd etmək üçün onun şərəfinə verilən tamaşa. |
BENUAR (ID - 3437)[fr.] Teatr zalında parter ilə bir səviyyədə olan loja.
|
BENZİN (ID - 3438)[xar.] Əsasən neftdən və ya daş kömür kitrəsindən distillə yolu ilə, yaxud süni surətdə alınan rəngsiz, tezalışan uçucu maye.
|
BENZİNDAŞIYAN (ID - 3439)sif və is. Benzin daşımaq üçün uyğunlaşdırılmış (avtomobil və s.). Benzindaşıyan maşın.
|
BENZİNTÖKƏN (ID - 3440)sif və is. Maşınlara və s.-yə benzin tökməyə məxsus. Benzintökən cihaz.
|
BENZOL (ID - 3441)[fr.] Daş kömür kitrəsindən, neftdən və s. distillə yolu ilə hasil edilən rəngsiz maddə (boya maddələri, partlayıcı maddələr, dərman və s. istehsalında işlədilən).
|
BERDANKA (ID - 3442)[rus.] 1870-1891-ci illərdə rus ordusunda işlədilən birpatronlu tüfəng. Yasavul uzun qırmızı təpəli sarı papağını .. berdankasının başına keçirmişdi. S.Rəhimov. [Namaz:] Nə təhər olsa, bizə xeyli berdanka, aynalı tapmalısan....
|
BERET (ID - 3443)[fr.] Günlüyü və kənarları olmayan yumşaq baş geyimi.
|
BERİLLİUM (ID - 3444)[yun.] kim. Gümüşü rəngli çox yüngül bərk metal; kimyəvi element. Nadir və az tapılan elementlərdən volfram, molibden, berillium .. və başqaları xüsusi yer tutur və onların yeni yataqlarının tapılması elm və texnikanı çox maraqlandırır....
|
BERKUT (ID - 3445)is. zool. Qartal cinsindən yırtıcı quş.
|
BERTOLE (ID - 3446)duzu [xüs. is.-dən] Kimya sənayesində və təbabətdə işlənən kristallik ağ poroşok (kalium-xloratm köhnə adı).
|
BESTSELLER (ID - 3447)is. [ing.] Çox yaxşı satılan, pula yaxşı gedən kitab.
|
BEŞ1 (ID - 3448)say. Dörddən sonra gələn ədəd - 5.
Beş-altı, beş-on - az, cüzi, əhəmiyyətsiz miqdarda, bir neçə. Cibimdə beş-altı qəpik pulum var. İclasa beş-on adam gəlmişdi. - [Kərim baba] odun gətirməyə getsə, görərsən beş-on çırpını... |
BEŞ2 (ID - 3449)is. məh. Quru, nazik və tezyanan odun.
|
BEŞAÇILAN (ID - 3450)bax beşatılan. Əsgər ondan [dükançıdan] cəld qalxıb, abasının altından beşaçılan tüfəngini çıxardıb, patronlayıb dedi.. Ə.Haqverdiyev. Çiynində beşaçılan; Sol qolunda kəlağay; Gəldi Don kənarına. M.Rahim.
|
BEŞATAN (ID - 3451)bax beşatılan. Qoçular, quldurlar qatar taxardı... Beşatanın çata-çata çıxmışdı. Aşıq Ələsgər.
|
BEŞATILAN (ID - 3452)is. dan. Xəzinəsi beş patron tutan tüfəng. [Maro] evin küncündə qara tumac qoburda olan sarı qundaq beşatılanı çıxartdı. S.Rəhimov.
|
BEŞAYLIQ (ID - 3453)sif 1. Beş ay üçün düzəldilmiş, beş aylıq müddət nəzərdə tutulmuş, yaxud beş ay ərzində olmuş. Beşaylıq məlumat. Beşaylıq kurs.
2. Yaşı beş ay olan. Beşaylıq uşaq. |
BEŞBARMAQ (ID - 3454)is. 1. Barmaqlara taxılaraq, əl içində sıxılıb tutulan metal barmaqlıq şəklində silah.
2. Şana, beşdişli yaba. |
BEŞBAŞLI (ID - 3455)sif Beş başı, beş ucu, beş tini, beş təpəsi olan. Beşbaşlı dağ.
|
BEŞBETƏR (ID - 3456)sif [beş və fars. bədtər] Daha pis, ən pis, çox pis. [Əlyarov:] Eh, ay əmioğlu, sən də məndən beşbetər ağıldan kasıbsan ha! M.Hüseyn.
|
BEŞBİR (ID - 3457)zərf Beş-beş. Adamlar dəstə-dəstə, üçbir, beşbir bağda gəzir, söhbət edirdilər. M.İbrahimov.
|
Bu səhifə dəfə baxılıb