BIÇAQLAMA (ID - 4059)“Bıçaqlamaq”dan f.is.
|
BIÇAQLAMAQ (ID - 4060)f. Bıçaqla yaralamaq, bıçaqla vurmaq. Axırda yoldaşlarından birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər. S.S.Axundov.
|
BIÇAQLANMA (ID - 4061)“Bıçaqlanmaq”dan f.is.
|
BIÇAQLANMAQ (ID - 4062)məch. Bıçaqla yaralanmaq, bıçaqla vurulmaq.
|
BIÇAQLAŞMA (ID - 4063)“Bıçaqlaşmaq”dan f.is.
|
BIÇAQLAŞMAQ (ID - 4064)qarş. Dalaşaraq birbirini bıçaqla vurmaq.
|
BIÇAQLI (ID - 4065)sif. Bıçağı olan, kəsici hissəsi olan. Bıçaqlı alətlər.
|
BIÇQI (ID - 4066)is. Mişar.
|
BIÇQIÇI (ID - 4067)is. Bıçqı ilə ağac və s. kəsən (adam); mişarçı.
|
BIÇQILAMA (ID - 4068)“Bıçqılamaq”dan f.is.
|
BIÇQILAMAQ (ID - 4069)f. Bıçqı ilə kəsmək, mişarlamaq.
|
BIÇQILANMA (ID - 4070)“Bıçqılanmaq”dan f.is.
|
BIÇQILANMAQ (ID - 4071)f. Bıçqı (mişar) ilə kəsilmək, mişarlanmaq.
|
BIĞ (ID - 4072)is. 1. Kişilərin üst dodaqlarının üstündə qırxılmamış saxlanan tük topası. Gələn oğlanın nazik, qara bığları .. geriyə daranmış uzun saçlarına qısılmış balaca qulaqları vardı. M.Hüseyn. Cuma əsgərlərdən birinin sallaq...
|
BIĞCIQ (ID - 4073)is. 1. zool. Cücülərdə başın ön tərəfindən irəliyə doğru uzanan buğumlu və çox zaman tükə oxşayan hiss orqanı.
2. bot. Bitkilərin yarpaqlarında və saplaqlarında sapşəkilli törəmələr. |
BIĞIBƏY (ID - 4074)is. dan. zar. İri və səliqəli bığları olan adam. [Çayçı] ..uzaqlaşmaq istəyəndə Veys “dayan-dayan!” deyib, əyilərək podnosun boşalmış yerinə işarə edib soruşdu: - Oradakı bığıbəy kimdir? Ə.Əbülhəsən.
|
BIĞIBURMA (ID - 4075)sif. Gənc, yetişmiş, yekə, boylu-buxunlu. [Ağa Mərdan:] Bəs o yaxşıdır ki, baldızın tamam dövləti aparıb bir bığıburma oğlana yedirə! M.F.Axundzadə. Qapıda bizdən başqa dörd-beş çoban da xidmət edirdi, hamısı yeniyetmə,...
|
BIĞIQIRXIQ (ID - 4076)is. və sif. dan. 1. Bığlarını qırxdırmış.
2. Keçmişdə mövhumatçıların və mürtəcelərin artistlərə verdiyi təhqirli ad. Hüseyn dərin bir ah çəkib həzin səslə dedi: “ ..Bilirsinizmi, mirzə, mənim əqrəbam mənə nə... |
BIĞLANMA (ID - 4077)“Bığlanmaq”dan fis.
|
BIĞLANMAQ (ID - 4078)f Bığı çıxmaq.
|
BIĞLI (ID - 4079)sif. Bığları olan. Bığlı kişi.
|
BIĞLICA (ID - 4080)is. bot. Taxıllar qrupuna mənsub birillik ot bitki.
|
BIĞLI-SAQQALLI (ID - 4081)sif. Bığ və saqqal qoymuş; yaşlı, yekə. İndi Nəcmi də bu bığlısaqqallı kursantları yaxşıca təsəvvür edirdi. Ə.Əbülhəsən.
|
BIĞSIZ (ID - 4082)sif Bığı olmayan. Bığı çıxmamış kişi.
|
BIĞYAĞI (ID - 4083)is. dan. 1. Keçmişdə bığı yağlamaq üçün xüsusi yağlı maddə.
2. dan. zar. Cüzi rüşvət. Bığyağı vermək. Kəndlilər əvvəlcə Əbdüləzəlin qapısında dayanıb, onunla haqq-hesab etməli idilər. Yəni ona “bığyağı... |
BIQDIRICI (ID - 4084)sif Bezikdirici, usandırıcı, cansıxıcı, təngə gətirən. İlk həyatın yeni həyatverici günəşi, özünün ilıq və munis şüasını ətrafa saçmaqla, qışın bıqdırıcı və soyuq havasına qələbə çalmaqda idi. S.Hüseyn.
|
BIQDIRICILIQ (ID - 4085)is. Bıqdırıcı şeyin halı; usandırıcılıq.
|
BIQDIRMA (ID - 4086)“Bıqdırmaq”dan fis.
|
BIQDIRMAQ (ID - 4087)f Bezikdirmək, usandırmaq, təngə gətirmək. [Tamara:] Siz romanlarla danışırsınız. Məni də roman bıqdırıbdır. S.Rəhimov.
|
BIQMA (ID - 4088)“Bıqmaq”dan f.is.
|
BIQMAQ (ID - 4089)f Bezikmək, usanmaq, təngə gəlmək. Daş yonmaqdan artıq bıqmışdım, başqa işə girmək istəyirdim. H.Sarabski.
|
BILİNA (ID - 4090)is. [rus.] Rus xalq ədəbiyyatında folklor janrı, dastan.
|
BITRAQ (ID - 4091)is. bot. Çox sıx bitən alaq, bitki. Bu il fındıqlar bıtraq kimi bir məhsul gətirmişdi. S.Rəhimov.
|
BITRAQLIQ (ID - 4092)is. Çoxlu bıtraq bitmiş yer.
|
BIY (ID - 4093)nida. Təəccüb, heyrət, narazılıq, təəssüf bildirir (bəzən təkrar şəklində işlənir). [Şahbaz bəy:] Bıy, Şərəfnisə, necə uşaq-uşaq danışırsan? M.F.Axundzadə. [Kişi:] Bıy, buna bax ey, niyə tanımırsan? Mən sənin həmşəhərlinəm...
|
BİABIR (ID - 4094)sif. [fars.] Abırsız.
□ Biabır etmək (eləmək, eyləmək) - abırdan salmaq, rüsvay etmək, adını ləkələmək. [Kərim:] [Süleyman bəy] mənim bacımı biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cırıb, bağırsaqlarını... |
BİABIRCASINA (ID - 4095)zərf 1. Abırsızca, utanmaz bir surətdə. Biabırcasına danışmaq.
Çox pis, utanılacaq bir surətdə, rüsvayçılığa səbəb olacaq bir tərzdə. Biabırcasına geridə qalmaq. |
BİABIRÇI (ID - 4096)sif. Rüsvayedici, eyib gətirən, adbatıran, utanılacaq. Biabırçı hərəkət.
Evdə qulaqtutan, biabırçı bir marçıltı qopdu. Mir Cəlal. |
BİABIRÇILIQ (ID - 4097)is. Rüsvayçılıq, rəzalət, utanılacaq hal. Bu nə biabırçılıqdır? - [Nazlı xanım:] İndi, Nəcəf bəy, sən də bizim biabırçılığımıza razı olma! Ə.Haqverdiyev. Sübhanverdizadə Kosanın burnunu görərək, əli ilə onu içəriyə...
|
BİAHƏNG (ID - 4098)[fars.] bax ahəngsiz. Gahi bir nəğmə kimi biahəng; Gahi bir lövhə kimi rəngarəng. A.Səhhət.
|
BİAR (ID - 4099)[fars. bi... və ər. ar] bax arsız. Biar adam. - Daşə çəkmiş xalq üçün Fərhad Şirin surətin; Ərz qılmış xalqa məhbubun, əcəb biar imiş! Füzuli. Gözəl olan gərək biar olmasın. Q.Zakir. Aslan .. Həsənin biar qumarbazın biri...
|
BİARAM (ID - 4100)[fars.] bax aramsız. Keçdi üç ay, hələ ondan nə kağız var, nə pəyam; Gözləyir ailəsi kənddə onu biaram. A.Şaiq.
|
BİARLIQ (ID - 4101)bax arsızlıq.
|
BİATLON (ID - 4102)is. [yun.] idm. 20 km məsafədə tüfəngdən atəş açmaqla icra edilən xizək yarışı.
|
BİBAK (ID - 4103)sif. [fars.] Qorxusuz, qorxmaz, heç bir şeydən ehtiyat etməyən. Nisbətim vermə Məcnunə; Bir aşiqi-bibakəm mən. Q.Zakir. Gün batmışdı, Hacı qayət xişmnak; Qayalardan aşıb gedirdi bibak. A.Səhhət.
|
BİBƏHRƏ (ID - 4104)[fars.] bax bəhrəsiz. [Məşədi Oruc:] ..Bəlkə ağanın fəzilətinin kəraməti və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. C.Məmmədquluzadə.
Bilmirəm mən nə yazım, bəlkə bəyənsin bu müdir; Nə ki zəhmət... |
BİBƏR (ID - 4105)is. Dadı acı, uzunsov tərəvəz bitkisi; istiot. Göy bibər. Qırmızı bibər.
|
BİBƏRLİ (ID - 4106)sif. İçində bibər olan, bibər qatılmış; istiotlu.
|
BİBİ (ID - 4107)is. Övlad üçün atanın bacısı.
|
BİBİGƏLİNİ (ID - 4108)is. Atanın bacısının gəlini (oğlunun arvadı).
|