BİABIRÇILIQis. Rüsvayçılıq, rəzalət, utanılacaq hal. Bu nə biabırçılıqdır? - [Nazlı xanım:] İndi, Nəcəf bəy, sən də bizim biabırçılığımıza razı olma! Ə.Haqverdiyev. Sübhanverdizadə Kosanın burnunu görərək, əli ilə onu içəriyə çağırdı: - Harada itmisən? Katib nə biabırçılıq eləyib, .. nə qayırıb? S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|