BAXINMA (ID - 2758)“Baxmmaq”dan f.is.
|
BAXINMAQ (ID - 2759)qayıd. Ətrafına baxmaq, yanyörəsinə baxmaq. Qaranlıqda çox baxındım sağ-sola; Hər yana buruldum, ey dan ulduzu! C.Cabbarlı. Qadın əvvəlcədən belə bir işarə gözləyirmiş kimi, ətrafına baxındı. Mənə tərəf gəldi. Mir Cəlal....
|
BAXIŞ (ID - 2760)is. 1. Baxmaq tərzi, gözlərin ifadəsi; nəzər. Bu necə baxışdır? Acıqlı baxış. Xumar baxışlar. - Süzülmüş gözlərin sağü səlamət; Və lakin baxışı bimarə bənzər. Nəsimi. Ahu baxışı, qara gözü can alır əldən.S.Ə.Şirvani....
|
BAXIŞMA (ID - 2761)“Baxışmaq”dan fis.
|
BAXIŞMAQ (ID - 2762)qarş. Bir-birinə baxmaq. Qaraca qız və Ağca xanım nəzərlərini birbirinə salıb, bir müddət diqqətlə baxışdılar. S.S.Axundov. [Sevənlər] bir-birini gördükdə susur, gözaltı baxışır, ah çəkir, təklikdə ağlayır, xəyala dalırdılar....
|
BAXMA (ID - 2763)“Baxmaq”dan fis.
|
BAXMADAN (ID - 2764)zərf Baxmayaraq, fikir vermədən, nəzər salmadan. Baxmadan ötüb keçmək. Geriyə baxmadan qaçdı.
|
BAXMAQ (ID - 2765)f 1. Bir şeyi görmək üçün gözlərini ona dikmək, nəzərini bir şeyə dikmək, nəzər yetirmək. Şəklə baxmaq. Pəncərədən baxmaq. Diqqətlə baxmaq. Ətrafına baxmaq. Güzgüyə baxmaq. Haraya baxırsan? - Sultan bu sözlərdən sonra...
|
BAXMALI (ID - 2766)sif. Baxmağa, tamaşa etməyə dəyən, tamaşaya layiq olan, görməli, maraqlı. Baxmalı şəkil. Baxmalı şey. Baxmalı tamaşa. Baxmalı yerlər.
|
BAXMAYARAQ (ID - 2767)f. bağ. Əksinə olaraq, ziddinə olaraq; nəzərə almayaraq. Bərk yağış yağdığına baxmayaraq, hava isti idi. Qocalığına baxmayaraq, çox qıvraqdır.
Nadirin israr etməsinə baxmayaraq, Məcid ona bir söz demədi.. B.Talıblı. |
BAXŞI (ID - 2768)is. Bir sıra türk xalqlarında (özbək, qazax, qırğız, uyğur, türkmən və qaraqalpaq) mahnılarını simli çalğı aləti dütarın müşayiəti ilə oxuyan şair-nəğməkar.
|
BAXTA (ID - 2769)b ax alabaxta.
|
BAXTALAMA (ID - 2770)“Baxtalamaq”dan f.is.
|
BAXTALAMAQ (ID - 2771)f. 1. Qumarda uduzmaq. [Xortdan:] Sənin bankda nə qədərpulun var, hamısını baxtaladı. Ə.Haqverdiyev.
2. məc. Ümumiyyətlə, uduzmaq, itirmək, əldən çıxarmaq. |
BAXTALANMA (ID - 2772)“Baxtalanmaq”dan fis.
|
BAXTALANMAQ (ID - 2773)məch. Uduzulmaq.
|
BAXTALATMAQ (ID - 2774)icb. Baxtalamasına, uduzulmasına səbəb olmaq.
|
BAXYA (ID - 2775)is. Xırda, sıx tikiş.
□ Baxya vurmaq (getmək) - bax baxyalamaq. Baxya iynəsi - 1) incə və kiçik dərzi iynəsi; 2) cərrahlıqda işlənən xüsusi iynə, cərrah iynəsi. □□ Baxya tutmaq - bir işdə, ya yerdə möhkəmlənmək,... |
BAXYALAMA (ID - 2776)“Baxyalamaq”dan fis.
|
BAXYALAMAQ (ID - 2777)f. 1. Bir şeyi xırda və ya görünməz tikişlə tikmək. Paltarın ətəyini baxyalamaq. - Qadın tikdiyi köynəyin döşünü baxyalayırdı. Ə.Əbülhəsən.
Yaranın ağzmı xüsusi iynə və sapla tikib bitişdirmək. dan. Gizlətmək. məc.... |
BAXYALANMA (ID - 2778)“Baxyalanmaq”dan fis.
|
BAXYALANMAQ (ID - 2779)məch. Baxya vurulmaq.
|
BAXYALI (ID - 2780)sif. Xırda və möhkəm tikişli, sıx tikişli, baxyası olan. Baxyalı paltar.
|
BAİNHƏMƏ (ID - 2781)bağl. [fars.] köhn. Bununla bərabər, bununla belə. [Həkimbaşı] doğrudur, hacıya qızının mərəzinin nə olduğunu bilmədiyini söylədisə də, bainhəmə mərəzin nə olduğunu gözəlcəsinə anlamışdı. Ə.Haqverdiyev.
|
BAİS (ID - 2782)is. [ər.] Səbəb. Gər İbni-Səlam idi bəhanə; Məcnun idi bais ol fəğanə. Füzuli. [Hacı Nuru:] Hər kəsin öz sənəti özünə iksirdir və xoş güzəranlığına baisdir. M.F.Axundzadə.
□ Bais olmaq - səbəb olmaq. Bais nə oldu,... |
BAİSKAR (ID - 2783)sif. [ər. bais və fars. ...kar] Bais olan, səbəb olan, səbəbkar.
|
BAİSKARLIQ (ID - 2784)is. Bais olma, səbəb olma, səbəbkarlıq.
|
BAİSLİK (ID - 2785)bax baiskarlıq.
|
BAK (ID - 2786)[fr.] İçinə maye tökmək üçün ağzı örtülü böyük qab. Benzin bakı. Su bakı. - Bu dəfə Heybət .. başını aşağı saldı və qabı yerdən götürüb, baka neft tökdü. M.Hüseyn.
|
BAK (ID - 2787)is. [fars.] klas. Qorxu, xof. Sən mənimlə dust olsan, cövri-düşməndən nə bak? Xətayi. Dövran həvadisindən yox bakimiz, Füzuli; Darüləmanımızdır meyxanələr bucağı. Füzuli. Bu bir, iki, üç məsələdə yox o qədər bak; Olsun,...
|
BAKAL (ID - 2788) |
BAKALAVR (ID - 2789)is. [lat.] Ali məktəblərdə təhsilin dördillik ilk mərhələsi.
|
BAKENBARD (ID - 2790)is. [alm.] köhn. Buxaq qırxılmaqla üzdə saxlanan saqqal və yarımsaqqal.
|
BAKENBARDLI (ID - 2791)sif. Bakenbard qoymuş (b ax bakenbard). İçəriyə boz kolenkor döşlüklü, qaşqabaqlı, bakenbardlı, üzüqırxıq ağır bir lakey daxil oldu. Tolstoydan.
|
BAKİR(Ə)LİK (ID - 2792)is. Qızlıq, saflıq, təmizlik.
|
BAKİR(Ə) (ID - 2793) sif. [ər.] 1. Pozulmamış, toxunulmamış. Bakirə qız.
məc. Saf, təmiz, korlanmamış, ləkəsiz. Bu incə rəqslərdə nə qədər gözəllik, nə qədər bakir hissin ifadəsi vardı. Çəmənzəminli. [Uşaqların] saf bakir, həyat və gələcək... |
BAKTERİOLOGİYA (ID - 2794)[yun.] Bakteriyalardan bəhs edən elm; mikrobiologiya.
|
BAKTERİOLOJI (ID - 2795)sif. 1. Bakteriologiyaya aid olan. Bakterioloji institut. Bakterioloji tədqiqat. Bakterioloji analiz.
2. Xəstəlik törədən bakteriyalar tətbiqinə aid olan. Bakterioloji silah. Bakterioloji müharibə. |
BAKTERİOLOQ (ID - 2796)[yun.] Bakteriologiya mütəxəssisi.
|
BAKTERİYA (ID - 2797)[yun.] Xəstəlik törədən mikroskopik (adi gözlə görünməyən) birhüceyrəli orqanizm; mikrob. Xəstəliktörədici bakteriyalar. Vəba bakteriyası.
|
BAQAJ (ID - 2798)[fr.] Nəqliyyat vasitəsilə daşınılan şəxsi yüklərin ümumi adı. Vağzalın baqaj şöbəsi. Baqaj kassası. - [Gülpəri] cəld nökəri Cəfəri göndərib, iki nəfər hambalı çağırtdı, yanındakı və baqajdakı şeyləri daşıyıb,...
|
BAQAJÇI (ID - 2799)is. Dəmir yolunda və s.-də baqaj qəbul edən işçi.
|
BAQAJLIQ (ID - 2800)is. Minik maşınlarında, motosikletlərdə və s. nəqliyyat vasitələrində baqaj qoymaq üçün xüsusi yer.
|
BAQİ (ID - 2801)sif. [ər.] 1. Daimi, əbədi.
□ Baqi etmək - daimiləşdirmək, əbədiləşdirmək. Məcmuəmizin naqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb, sənin ismü rəsmini baqi və yer üzündə məşhur olmağına ciddi-cəhd... |
BAQQAL (ID - 2802)is. [ər.] köhn. Keçmişdə ərzaq malları satan dükançı. Baqqal ölənin borcunu dirilərə yüklər. (Ata. sözü). Novruza bir həftə qalmış baqqal dükanlarının qabağını ayna, xalça və cürbəcür şəkillərlə bəzərdilər. H.Sarabski....
|
BAQQALİYYƏ (ID - 2803)is. [ər.] 1. Baqqal dükanında satılan mallar: çay, qənd, un, düyü, quru meyvə və i.a.
Bu cür şeylər satılan mağaza, dükan. |
BAQQALLIQ (ID - 2804)is. köhn. Baqqal sənəti. Baqqallıq etmək.
|
BAL1 (ID - 2805)is. 1. Arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. Şan balı. - Bal tutan barmaq yalar. (Ata. sözü). [Piri kişi:] Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam, .. haçan könlün bal istədi, gələrsən,...
|
BAL2 (ID - 2806)is. [fars.] klas. Qanad. Klassik ədəbiyyatda çox vaxt “balü pər”, yaxud “pərü bal” şəklində işlənir - qol-qanad. Cida düşdüm o tuti ləhcədən, balü pərim sındı. S.Ə.Şirvani. [Cəfərqulu xan:] Atamızın qoşunu tərk olub,...
|
BAL3 (ID - 2807)[fr.] Böyük rəqs gecəsi. Bir azdan sonra musiqi gurladı, zalın qapıları açıldı və bal başlandı. Puşkindən.
|
Bu səhifə dəfə baxılıb