BAL1is. 1. Arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. Şan balı. - Bal tutan barmaq yalar. (Ata. sözü). [Piri kişi:] Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam, .. haçan könlün bal istədi, gələrsən, kəsib verərəm. S.S.Axundov.
Bal arısı - bal hasil edən arı. Hərdənbir bal arılarının .. vızıltısı eşidilirdi. Ə.Vəliyev. Ana balı - qoca arıların hasil etdikləri bal (beçə balına nisbətən rəngi tutqun olur). Beçə balı - cavan arıların hasil etdiyi bal. Qoca balı - b a x ana balı. Şəhd balı - şandan çıxarılan mumsuz bal. məc. Çox şirin, çox dadlı, çox ləzzətli şey haqqında. Armud deyil, baldır. Bal kimi (çox şirin). □□ Ağzından bal tökülmək - çox şirin sözlər danışan adam haqqında. Paylaşın - Hamı bilsin
|