BAQQALis. [ər.] köhn. Keçmişdə ərzaq malları satan dükançı. Baqqal ölənin borcunu dirilərə yüklər. (Ata. sözü). Novruza bir həftə qalmış baqqal dükanlarının qabağını ayna, xalça və cürbəcür şəkillərlə bəzərdilər. H.Sarabski. [Kürd Əhməd:] Bu işdə kargər də, kəndçi də, ziyalı da, istəsəniz baqqal da bir cəbhədə olmalıdır. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|