BAĞLILIQ (ID - 2708)is. 1. Bağlı şeyin halı.
məc. Asılılıq, əlaqədarlıq, əlaqəlilik. |
BAĞPƏRƏST (ID - 2709)is. [fars.] Bağ işlərini, meyvə ağacları becərməyi çox sevən adam. Ovurtdaq hesabdar kimi müqəssir durduğu yerdə, kim Əlisa kimi faydalı, bağpərəst, bağçapərəst, gülpərəst bir adamın adını beləbelə ləkəli şeylərdə çəkə...
|
BAĞRIBADAŞ (ID - 2710)is. və sif. dan. Ürək dostu, çox yaxın, can bir qəlbdə. Məktəb ilə bu millətin bağrıbadaşdı, qoymayın! M.Ə.Sabir. [Hacı:] [Rəiyyət] gəlib yanında izinsiz əyləşəcək, guya min ildir səninlə bağrıbadaşdı. Ə.Haqverdiyev.
... |
BAĞRIBADAŞLIQ (ID - 2711)is. dan. Çox yaxınlıq, dostluq, can bir qəlbdə olma.
|
BAĞRIQARA1 (ID - 2712)sif. Kədərli, məhzun, halı pərişan, müsibət üz vermiş.
|
BAĞRIQARA2 (ID - 2713)is. zool. Su kənarında yaşayan uzun qıçlı, döşüqara quş. Bağrıqaranın qızardı bağrı; Şahbaz ona varanda doğru. Xətayi.
|
BAH (ID - 2714)nida. bax ba. Bah, nə yekə canavardır! Bah, səni xoş gördük! Dünən az qala boğulmuşdum. - Bah!
|
BAHA (ID - 2715)[fars.] 1. is. Dəyər, qiymət. Çəkmənin bahası. Bahası on qəpiyə dəyməz.
[Vəli:] A kişi, olar ki, bir at bahası əlimizə düşə.. M.F.Axundzadə. Bu sandıqdayüz min dinar bahasında daş-qaş, cavahirat vardır. M.Hüseyn. //... |
BAHACIL (ID - 2716)sif. Malmı çox baha satan. [Xudayar bəy:] Yaxşı, yaxşı, mən çoxdan bilirdim ki, sən bahacılsan. C.Məmmədquluzadə.
|
BAHAÇI (ID - 2717)b ax bahacıl.
|
BAHAÇILIQ (ID - 2718)is. Bahaçı adamın xasiyyəti. Mircümə ilə başqa qaçaqların bir fərqi vardısa, o da Mircümənin bahaçılığı idi. P.Makulu.
|
BAHADIR (ID - 2719)is. [fars.] tənt. Qoçaq, igid, qəhrəman. Bahadır deməzlər hərgiz sayana; Görüm lənət olsun yardan doyana. M.P.Vaqif.
|
BAHADIRLIQ (ID - 2720)is. Qoçaqlıq, igidlik, qəhrəmanlıq. Bahadırlıq göstərmək.
|
BAHALANDIRILMAQ (ID - 2721)məch. Baha edilmək, qiyməti qaldırılmaq.
|
BAHALANDIRMA (ID - 2722)“Bahalandırmaq”dan f.is.
|
BAHALANDIRMAQ (ID - 2723)f. Qiymətini qaldırmaq, bahalaşdırmaq, yüksək qiymətə çıxarmaq.
// Bahalığa, bir şeyin bahalanmasına səbəb olmaq, bahalıq salmaq. |
BAHALANMA (ID - 2724)“Bahalanmaq”dan f.is.
|
BAHALANMAQ (ID - 2725)f. Qiyməti yüksəltmək, qiyməti baha olmaq; bahalaşmaq.
|
BAHALAŞDIRILMAQ (ID - 2726)bax bahalandırılmaq.
|
BAHALAŞDIRMA (ID - 2727)“Bahalaşdırmaq”dan f.is.
|
BAHALAŞMA (ID - 2728)“Bahalaşmaq”dan f.is.
|
BAHALAŞMAQ (ID - 2729)f. Daha da baha olmaq; bahalanmaq.
|
BAHALATMA (ID - 2730)“Bahalatmaq”danf.is.
|
BAHALATMAQ (ID - 2731)bax bahalandırmaq.
|
BAHALI (ID - 2732)sif. 1. Bax baha 2-ci mənada. Bahalı parça. - [Gövhərin] ağzı, içi bahalı daş-qaşla dolu bir mücrü kimi açıldı, sədəf kimi dümağ dişləri göründü. Ə.Vəliyev.
məc. Nadir, çox az tapılan. Platin bahalı filizdir. |
BAHALIQ (ID - 2733)is. Hər şeyin qiyməti çox yüksək olduğu vəziyyət. Bahalıq düşmək. Bahalıq salmaq. - Bahalığın qabağını almaq üçün yeyinti şeylərini ucuz qiymətə satmaq lazımdır. M.S.Ordubadi. [Pirqulu:] ..Bu bahalıqda dolana bilmərik. Ac...
|
BAHAR (ID - 2734)is. [fars.] 1. İlin qış, yay arasında olan fəsli; yaz. Bahar ayları. Bahar yağışı. Havadan bahar qoxusu gəlir (yaz yaxınlaşır.) - Qurbani der: bahar olur, gəlir yaz; Göllərdə üzüşür ördək ilə qaz. Qurbani. ..Şairlər bahar fəslini...
|
BAHARI (ID - 2735)is. köhn. Keçmişdə: qısaqollu don, arxalıq.
|
BAHARISTAN (ID - 2736)is. [fars.] şair. bax baharci mənada. Baharistani-ömrümdə tərənnümsaz olur bülbül; Həzari-naləkarəm, baği-aləm gülistanımdır. M.Hadi.
|
BAHARİYYƏ (ID - 2737)is. [ər.] əd. Klassik Şərq ədəbiyyatında bahar mövsümünü vəsf və təsvir edən şeir. Xətayinin bahariyyəsi.
|
BAHAROTU (ID - 2738)is. bot. İlk baharda yetişən, çox xırda boylu bir bitki.
|
BAH-BAH (ID - 2739)bax bəh-bəh.
|
BAHƏM (ID - 2740)zərf [fars.] köhn. Bir yerdə, birgə, birlikdə, bərabər. Tut ağacının dibində .. samovarı qoydurdum və qonağımız ilə bahəm başladıq çay içməyə. C.Məmmədquluzadə. Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzisini...
|
BAHO (ID - 2741)b ax bah. [Vaqif:] Baho, xoş gördük, həmşəri! - deyə ona [Kazıma] pəncərənin içində yer göstərdi. Çəmənzəminli.
|
BAXAN (ID - 2742)f.sif. 1. Nəzarət edən, idarə edən. Dəftərxanaya baxan. Təchizat işlərinə baxan.
// Xidmət edən, qulluq edən, baxıcı. Malqaraya baxan. Xəstəyə baxan. Qoşulduğu sözün göstərdiyi tərəfə açılan, həmin səmtə doğru... |
BAXAR (ID - 2743)is. 1. Bax axar-baxar.
2. Açıq yer, mənzərə. Yolun o tərəfi baxarında qara boz alaçıqlar və qübbəli ağ çadırlar qurulmuşdu. S.Rəhimov. |
BAXARLI (ID - 2744)bax axar-baxarlı.
|
BAXÇIVAN (ID - 2745)köhn. bax bagban.
|
BAXDIRMA (ID - 2746)“Baxdırmaq”dan f.is.
|
BAXDIRMAQ (ID - 2747)icb. 1. Baxmağa məcbur etmək, baxmağa icazə vermək; göstərmək.
2. Müraciət etdirmək. Kitabın müqəddiməsinə baxdırmaq. |
BAXƏBƏR (ID - 2748)sif [fars. ba... və ər. xəbər] köhn. Xəbərdar, xəbəri olan, məlumatı olan. Dünyagörmüş adamlar, məmləkət gərdişindən baxəbər şəxslər belə bir qayda qoymuşlar.. Çəmənzəminli.
□ Baxəbər olmaq - xəbərdar olmaq. Qıraq... |
BAXICI (ID - 2749)is. 1. Baxan, nəzarət edən, idarə edən. Yol baxıcısı. Həbsxana baxıcısı. - Cəlil ağa Avropaya gedəndə onun dövlətinin və işlərinin üstünə gərək ya bir baxıcı .. və ya bir icarədar olaydı. İ.Musabəyov. Haşım .. az bir...
|
BAXICILIQ (ID - 2750)is. 1. Baxmaq işi, nəzarət- çilik, gözətçilik.
2. Falçılıq, fala baxma. |
BAXILIŞ (ID - 2751)is. Baxmaq işi və tərzi. Bu gün yeni pyesin baxılışı olacaqdır.
|
BAXILMA (ID - 2752)“Baxılmaq”dan f.is.
|
BAXILMAQ (ID - 2753)məch. 1. Tamaşa edilmək, gözdən keçirilmək, seyr edilmək. Yeni filmlərə baxılmaq.
Mütaliə edilmək, göz gəzdirilmək, gözdən keçirilmək, ötəri oxunmaq. Qəzetlərin bugünkü nömrələrinə baxılmışdır. Gözdən keçirilmək,... |
BAXIM (ID - 2754)bax baxış 1 və 2-ci mənalarda.
Bir baxımda - baxan kimi. [Miçurin] bir baxımda bitkinin nəinki indiki vəziyyəti, hətta gələcəyi haqqında belə hökm edə bilərdi. M.F.Axundzadə. Bu baxımdan bu nöqteyi-nəzərdən. Bu baxımdan onun... |
BAXIMLI (ID - 2755)sif. 1. Yaxşı baxılmış, yaxşı qulluq edilib kökəldilmiş; kök (heyvan haqqında).
2. Yaraşıqlı, gözəl (adam, ya heyvan haqqında). // Baxmalı, mənzərəli. Baxımlı yer. |
BAXIMSIZ (ID - 2756)sif. 1. Evsiz, sahibsiz, başsız qalmış, küçədə qalmış, baxanı olmayan; nəzarətsiz. Baxımsız uşaq.
Yaxşı baxılmamış, yaxşı qulluq edilməmiş; başlı-başına buraxılmış. Cuma baxımsız qalmış bağ-bağçalara göz yetirirdi.... |
BAXIMSIZLIQ (ID - 2757) |
Bu səhifə dəfə baxılıb