BAXƏBƏRsif [fars. ba... və ər. xəbər] köhn. Xəbərdar, xəbəri olan, məlumatı olan. Dünyagörmüş adamlar, məmləkət gərdişindən baxəbər şəxslər belə bir qayda qoymuşlar.. Çəmənzəminli.
□ Baxəbər olmaq - xəbərdar olmaq. Qıraq kəndlilərdən də camaat baxəbər olub, yavaş-yavaş gəlirdilər. C.Məmmədquluzadə. Olub ta ki, KavusKey baxəbər; Buyurdu, açıldı livayi-zəfər. M.Ə.Sabir. Paylaşın - Hamı bilsin
|